Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:46

Amerikalı həmsədr: «Heç kəs müharibə istəmir»


James Warlick
James Warlick
-
Qarabağ probleminin nizamlanması üzrə vasitəçi – ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick Yerevanda Azadlıq Radiosunun Ermənistan xidmətinə müsahibə verib.

O, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serzh Sargsyan-ın noyabrın 19-da Vyanada baş tutmuş görüşü ilə bağlı fikirlərini bölüşüb:

"Bu görüşdən yaxşı xəbər odur ki, onlar arasında həqiqətən də konstruktiv dialoq olub və həmin 90 dəqiqəlik – təkbətək, ayrı heç kəsin iştirak etmədiyi söhbətdə onlar məsələləri ciddi şəkildə müzakirə ediblər. Və tərəflər həmin görüşdən inamla ayrılıblar – o inamla ki birgə çalışa, irəliyə doğru hərəkət edə bilərlər”.

Warlick deyir ki, tərəflər bir-birilərinin mövqelərinə hörmətlə yanaşırlar. Buna görə də ümid var ki, prezidentlərin görüşləri davam edəcək.

Həmsədrin sözlərinə görə, hər iki tərəfdə ailəsinin gələcəyini düşünən, buna görə də sülh və əmin-amanlıq istəyən insanlar var. Heç kəs müharibə istəmir. İndiki şəraiti isə “nə hərb, nə sülh” adlandırmaq olar.

Qeyd edək ki, Azərbaycan Türkiyənin də münaqişənin nizamlanmasında vasitəçilik işinə qoşulmasını istəyir. Ermənistan isə bunun əleyhinədir. Belə bir vasitəçiliyə amerikalı həmsədr necə baxır? Warlick-in cavabı:

"Biz anlayırıq ki, Türkiyə qonşu ölkədir və regiondakı proseslərdə rol oynayır. Türkiyə-Ermənistan münasibətləri mühümdür və biz Türkiyənin xarici işlər nazirinin Yerevana səfər etməsini, ikitərəfli görüşlərdə regional məsələləri müzakirə etməsini alqışlayırıq”.

Təmas xəttində isə son vəziyyət ondan ibarətdir ki, Yerevan Bakını son günlər atəşkəsi pozmaqda günahlandırır. Bazar günkü insidentdə 26 yaşlı erməni zabitinin öldüyü deyir.

Ermənistanın xarici işlər naziri Eduard Nalbandian bazar ertəsi Yerevanda ATƏT-in Minsk qrupunun həmsədrlərinə deyib ki, belə insidentlər sülh prosesini zərbə altına qoyur.

Azərbaycanın Müdafiə Nazirliyi isə əksinə erməni tərəfinin davamlı şəkildə atəşkəsi pozduğunu, hətta dinc sakinləri atəşə tutduğunu deyir.
XS
SM
MD
LG