Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:36

Anar Məmmədli həbsindən bəri ailəsi ilə görüşməyib


Anar Məmmədli
Anar Məmmədli
-
Dekabrın 16-da 3 aylıq həbs olunan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin səhhəti normaldır və saxlanma şəraitindən narazılığı yoxdur.

Bu barədə Anar Məmmədlinin həyat yoldaşı Vəfa Sübhani məlumat verib:

“Mən bu gün Anarla telefonla danışdım. Səhhətindən, saxlanma şəraitindən şikayət etməyib. İstintaqın gedişi və digər məsələlər barədə məlumatım yoxdur. Saxlanandan bəri onunla görüşməmişik. Həbsindən sonra Anarı bircə dəfə məhkəməyə gətiriləndə uzaqdan görmüşəm. Telefonda dedi ki, istintaq müddətində o ailə üzvləri ilə görüşə bilməz. Amma biz görüş üçün rəsmi müraciət etməmişik".

Anar Məmmədlinin həftədə iki dəfə ailə üzvləri ilə telefonla danışmaq imkanı var.

Anar Məmmədli Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyində olan Bakı İstintaq Təcridxanasında saxlanır. Penitensiar xidmətin sözçüsü Mehman Sadıqov deyir ki, hər bir təsqirləndirilən şəxsə qanunvericiliyin tələblərinə uyğun görüş verilir:

“Bakı İstintaq Təcridxanasında saxlanan digər şəxslər kimi Anar Məmmədlinin ailə üzvləri də təcridxana rəhbərliyinə müraciət edib görüşə bilərlər”.

Anar Məmmədli dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.

İnsan Hüquqları Konvensiyasının azadlıq və toxunulmazlıq hüququnun pozulması, Anar Məmmədli haqda həbs qərarının qanunsuz hesab olunması, eləcə də onun girov müqabilində azad etmək və ya onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlərin təmin edilməməsi ilə bağlı Avropa Məhkəməsinə müraciət hazırlanır.
XS
SM
MD
LG