Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:38

Avropa Birliyi Azərbaycanla viza rejimini sadələşdirməyə razılıq verdi


Arxiv foto
Arxiv foto

Avropa Parlamenti Azərbaycanla viza rejiminin sadələşdirilməsinə dair keçən ilin noyabrında Vilnüsdə imzalanan razılaşmanı təsdiq edib. Qərar martın 12-də keçirilən səsvermədə qəbul edilib.

Amma hələ sənədin qüvvəyə minməsi prosesi tam yekunlaşmayıb. Bundan sonra Avropa Birliyinə daxil olan 28 ölkənin hər birində də həmin razılaşma təsdiq edilməli, ondan sonra sənəd qüvvəyə minməlidir. Bu proses də bir neçə həftə davam edə bilər.

Bundan başqa, fevralın 28-də Avropa Birliyi ilə Azərbaycan arasında həm də readmissiya haqqında razılaşma imzalanıb. Readmissiya bir dövlətin digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni qalan şəxsləri geri qəbul etməsi deməkdir.

Viza rejiminin sadələşdirilməsi və readmissiya razılaşması bir-biri ilə bağlı olan iki sənəddir.

Bu ilin ikinci yarısında hər iki sənədlə bağlı proseslərin başa çatacağı və onların ilin axırına qüvvəyə minəcəyi gözlənir.
XS
SM
MD
LG