Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:42

ABŞ Ermənistanın Krımla bağlı mövqeyindən məyusdur


Serzh Sarkisian
Serzh Sarkisian
-
Qərbin şiddətlə qınadığı qərardan - Ermənistan hökumətinin Krımın Rusiyaya birləşməsini tanıması qərarından rəsmi Vaşinqton da məyus olub. Bunu ABŞ-ın Ermənistandakı səfiri John Heffern dilə gətirib.

Səfir Heffern Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Serzh Sarkisianın etdiyi açıqlamaları çox uğursuz və məyusedici adlandırıb.

Səfir bir daha təkrarlayıb ki, ABŞ Krım sakinlərinin Rusiyanın bir hissəsinə çevrilməsi üçün keçirdikləri səsverməni qanunsuz sayır.

“Bir çox məsələ var ki, ruslar etdiklərindən daha azını edə bilərdilər”, səfir Heffern Yerevanda, regionun təhlükəsizliyi konfransında belə deyib.

Sarkisianın mətbuat xidməti bildirib ki, Putin dediyi kimi, Moskva tərəfindən hazırlanmış seçkilər “insanların öz müqəddəratını təyin etməsi üçün haqlarının gerçəkləşməsinin bir nümunəsidir”.

Heffern Sarkisianın bu addımının ABŞ-Ermənistan münasibətlərinə ciddi təsir edib- etməyəcəyinə dair heç nə söyləməyib. ABŞ administrasiyası Krımın zəbt edilməsində iştirakçı olan Rusiyanın bir neçə rəsmilərinin aktivlərinin dondurulmasını və viza qadağasını tətbiq edib və daha sərt sanksiyalar verəcəyini nəzərdə tutur.

6 illik prezidentliyi dövründə Sarkisian təkcə daxili siyasətində deyil, həmçinin Türkiyə ilə yaxınlaşmasında da Amerikanın dəstəyini alıb. Hətta keçən il Sarkisian gözlənilmədən Avropa Birliyinə üzv olmaqdan ötrü Ermənistanı Rusiyanın liderliyi ilə keçmiş Sovetlər Birliyinin bir hissəsi etmək istəsə də, o, ABŞ rəsmiləri tərəfindən heç bir ictimai tənqidlə üzləşməyib.
XS
SM
MD
LG