Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:52

“Pərviz Həşimli ilə bağlı məhkəmədə şahidlərin ifadələri üst-üstə düşmür”


Pərviz Həşimli
Pərviz Həşimli
-
Aprelin 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun işi üzrə məhkəmə olub.

Məhkəmədə üç şahid dindirilib. Vəkil Elçin Sadıqov deyir ki, şahidlərin istintaq zamanı verdiyi ifadələrlə indiki ifadələri arasında ziddiyyət var:

“Onların məhkəməyə verdiyi ifadələrdən belə məlum oldu ki, onların istintaq zamanı verdiyi ifadələrdən xəbərləri yoxdur. Məhkəmədə də fərqli ifadələr verdilər. Pərviz deyir ki, onların ifadəsi yalandır. Onların belə ziddiyyətli ifadə verməsi onu göstərir ki, bu iş qurama və saxtadır. Şahidlərin ifadələrindən o da belə oldu ki, onlar cinayət təqibini həyata keçirən MTN-lə əlaqələri var. Şahid hətta özü də etiraf etdi ki, onu telefon zəngi ilə hal şahidi kimi çağırıblar. Bu bir daha onu təsdiq edir ki, Pərviz Həşimova qarşı qurulmuş bu cinayət işi başdan-ayağa saxtadır, onu fəaliyyəti ilə bğlıdır”.

Məhkəmə prosesi aprelin 14-ə təyin olunub.

Pərviz Həşimli ötən il sentyabrın 17-də Təvəkkül Qurbanovla birgə tutulub.
Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onları qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma kimi əməlləri təkrar törətməkdə və qaçaqmalçılıqda günahkar bilir.

Hər iki şəxs MTN-in istintaq təcridxanasında saxlanır.
XS
SM
MD
LG