Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:23

Həsən Hüseynli yenidən üzləşməyə cəlb edilib


Həsən Hüseynli
Həsən Hüseynli
-

Gəncədə «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin direktoru, fizik Həsən Hüseynli yenidən üzləşməyə cəlb edilib.

Bu barədə Həsən Hüseynlinin vəkili Əlayif Həsənov məlumat verib. Aprelin 7-də üzləşmə zamanı həmyerlisi Arzu Qəhrəmanov Həsən Hüseynlinin ona bıçaq zərbəsi vurduğunu təkrarlayıb.

Vəkil istintaqın gedişatının əvvəldən – H. Hüseynli saxlanan vaxtdan pozulduğunu deyir:

«Mən hətta müstəntiqin adının Füzuli Şıxıyev olduğunu özünün deməsindən bilmişəm. Həsən Hüseynlinin saxlanmasına dair heç bir sənəd yoxdur. Digər tərəfdən işin icrasının kim tərəfindən aparıldığını göstərən sənəd tələb edirəm, vermirlər. Buna görə mən müstəntiqdən imtina ilə bağlı Nizami rayon Məhkəməsinə müraciət etmişəm. Çağırış gözləyirəm».

POLİS İCARƏ MÜQAVİLƏSİNİ TƏLƏB EDİR
Əlayif Həsənov
Əlayif Həsənov
Ə. Həsənov deyir ki, sahə müvəkkili Həsən Hüseynlidən rəhbərlik etdiyi «Kamil Vətəndaş Maarifləndirmə» Mərkəzinin yerləşdiyi ofisin icarə müqaviləsini tələb edib:

«Biz tələb etdik ki, müvəkkil müqaviləni rəsmi qaydada istəsin. Şəhər polisinin bu arzusu - H. Hüseynlinin təşkilat binasındakı fəaliyyətinin yoxlanmasına təşəbbüs - onun ictimai fəaliyyətinə görə saxlanılmasını, şərlənməsini təsdiqləyir».

Həsən Hüseynli martın 31-də Gəncədə saxlanılıb. O, öz həmyerlisi Arzu Qəhrəmanovaya bıçaq xəsarəti yetirməkdə günahlandırılır. Həsən Hüseynli polisdə 48 saat saxlanıldıqdan sonra müstəntiqin qərarı ilə polis nəzarətində olmaqla azadlığa buraxılıb.

Həsən Hüseynli xuliqanlıqda ittiham edilir. Özü isə saxlanılmasının ictimai fəaliyyəti ilə bağlı olduğunu deyir.

Rəhbərlik etdiyi «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin missiyası Azərbaycanın Qərb regionunda açıq cəmiyyət ideyalarını yaymaq və vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməkdir.

Mərkəz gənclərin ictimai fəallığının, liderlik qabiliyyətinin yüksəldilməsi sahəsində layihələr həyata keçirir.
XS
SM
MD
LG