10:44
30.5.2014
#Ukrayna Baltik ölkələri və Şərqi Avropa Rusiyanın bu böhranda rolundan getdikcə daha çox narahat olur http://t.co/m1TB9G7nrG
— AzadliqRadiosu (@RadioAzadliq) 30.5.2014
12:06
30.5.2014
Donetskin əsas inzibati binası barrikadalardan təmizlənir
Donetskin Rusiyameylli məmurları aprel ayından zəbt edilən vilayətin əsas iznibati binasının barrikadalardan və orada yaşayan adamlardan təmizlənilməsini elan edib. Özünü Donetsk xalq respublikasının rəhbəri elan etmiş Denis Pushilin jurnalistlərə bildirib ki, bu binada qarət və soyğunçuluqla məşğul olan adamlar da qalırdı. Onun sözlərində görə bundan sonra inzibati binada separatçı "hökumətin" məmurları işləyəcək (Reuters)
12:41
30.5.2014
UKRAYNA MÜDAFİƏ NAZİRİ SLAVYANSKDA TƏXRİBATLAR HAQDA
Slovyansk separatçıları mülki obyektləri özləri atəşə tutur ki, yerli sakinləri Ukraynaya qarşı qaldırsınlar. Bu fikri krayna müdafiə nazrinin səlahiyyətlərini icra edən Mikhail Koval jurnalistlərlə görüşündə bildirib. Onun sözlərinə görə, separatçılar şəhərdə zəhərli maddələr çənlərini partlatmaq fikrindədirlər.
Antiterror əməliyytalarının yavaş getdiyi ilə bağlı ittihamlara cavab verən nazir əvəzi deyib ki, Ukrayna ordusunun əməliyyatları yavaş getmir, sadəcə olaraq dinc sakinlərin təhlükəsizliyi naminə ehtiyyatla aparılır.
14:29
30.5.2014
Krımdan sonra Donbassda baş qaldıran separatizm hərəkatı və hakimiyyətin silah gücünə zəbt olunması, Rusiyanın müxtəlif bölgələrindən müxtəlif səpkili silahlıların bura axışmasına gətirdi. Ukrayna təhlükəsizlik qüvvələrinə qarşı döyüşən bu qruplaşmalar heç də həmişə özlərini "qəhrəman" kimi aparmırlar. Belə dəstələrdən birinin Donetskdə qarət etdiyi supermarketdən görüntü.