Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:53

Hillary Clinton Malayziya təyyarəsini Rusiyayönlü qiyamçıların vurduğunu bəyan etdi


Hillary Clinton
Hillary Clinton

.

(Ukrayna ərazisində Malayziya təyyarəsinin vurulmasına dair xəbərləri ətraflı BURADA OXU)

ABŞ-ın vəzifəli rəsmiləri bu kimi birbaşa ittihamdan hələlik çəkinsələr də, Ukraynada ümumən vəziyyətin gərginləşməsində Kremli günahlandırırlar.

Ağ Ev bildirib ki, bu faciə Rusiyanın separatçılara birbaşa dəstək verməsinin nəticəsidir və Kreml konkret addımlar atmağa məcbur edilməlidir.

ABŞ-ın keçmiş Dövlət Katibi Hillary Clinton isə təyyarənin vurulmasında Rusiyayönlü qiyamçıları ittiham edib və bildirib ki, «Putinə çox uzağa getməsi barədə xəbərdarlıq verilməlidir və biz hərəkətsiz dayana bilmərik».

TƏYYARƏNİ PEŞƏKAR RAKETÇİLƏR VURUBLAR

Clinton Amerikanın PBS xəbər şəbəkəsinə verdiyi müsahibədə deyib ki, bu hündürlükdə uçan təyyarəni vurmaq sadə bir əməliyyat deyil. Burada xüsusi raket qurğuları və bu qurğulardan peşəkar istifadə edə bilən şəxslər olub. O, həmçinin Malayziya Hava Yollarına məxsus Boeing 777 təyyarəsinin vurulmasının öncədən planlaşdırıldığına işarə edib.

Rəsmi Kiyev də təyyarənin vurulmasında birbaşa separatçıları ittiham edir.
Xanım Clinton deyib ki, bu Avropa reysi olub və Avropa paytaxtları öz dərin hiddətlərini nümayiş etdirməlidir.

MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİ ARAŞDIRACAQ

Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda təyyarənin vurulmasında Moskva birbaşa ittiham olunmur, lakin bildirilir ki, bu hadisəyə Ukraynada Rusiya tərəfindən qızışdırılıan münaqişə kontekstində baxılmalıdır.

Bəyanatda deyilir ki, Ukrayna separatçılarını silah, sursat və təlimlə təchiz edən məhz Kremldir.

Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Barack Obama bildirib ki, təyyarənin vurulması ilə bağlı insidentin araşdırlmasında Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası NTSB (National Transportation Security Board) birbaşa iştirak edəcəklər.

Rusiyayönümlü separatçılar isə təyyarəni regionda onlara qarşı anti-terror əməliyyatı aparan Ukrayna ordusunun vurduğunu iddia edir.

Rusiya prezidenti Vladimir Putin isə konkret ad çəkməsə də bölgədə gedən qarşıdurmanı günahlandırıb ki, bu toqquşmalar olmasaydı, Malayziya təyyarəsi də vurulmazdı.

XS
SM
MD
LG