Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:21

Əhmədinejadın İranı "farsdilli ölkə" adlandırması etirazla qarşılanıb


İmomali Rahmonov və Mahmud Əhmədinejad Anzob tunelinin açılışında, 26 iyul 2006
İmomali Rahmonov və Mahmud Əhmədinejad Anzob tunelinin açılışında, 26 iyul 2006

İran prezidenti Mahmud Əhmədinejad iyulun 26-da Düşənbə şəhərində Tacikistan və Əfqanıstan liderləri ilə görüşündən sonra bu üç ölkə arasında qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Tacikistan prezidenti İmoməli Rəhmanovun, Əfqanıstan prezidenti Əhməd Kərzainin qatıldığı görüşdə qarşılıqlı əlaqələrin müxtəlif istiqamətləri və perspektivləri müzakirə olunub. İran prezidenti vurğulayıb ki, Düşənbə görüşü eyni dilə malik olan üç xalqın öz sosial, iqtisadi problemlərinin birlikdə daha asanlıqla həll edə biləcəyinə sübutdur. İran prezidenti deyib, “biz farsdillilərin iqtisadiyyatı, mədəniyyəti və incəsənəti bir olmalıdır”.


Əhmədinejadın İranı farsdilli bir ölkə kimi təqdim etməsi İran azərbaycanlılarının Babək ( www.baybak.com ), Azad Təbriz ( www.azadtabriz.com ) və Azad Tribun ( www.azadtribun.com ) kimi internet xəbər səhifələrində tənqid atəşinə tutulub. Onlar eyni zamanda İranda olan işsizlik və yoxsulluğu nəzərə alaraq, Əhmədinejadın Tacikistanın inkişafı üçün milyonlarla dollar sərmayə və texnologiya ayrılmasını nəzərdə tutan bəyanatla çıxış etməsini pisləyiblər. Qeyd edək ki, İran hökuməti Tacikistanın şimalından cənubuna çəkilən tunelin inşaatını öz üzərinə götürüb və layihənin gerçəkləşməsi üçün 20 milyon ABŞ dolları həcmində vəsait ayırıb.


XS
SM
MD
LG