Novoazovsk. Hibrid müharibənin hibrid simvolları -SSRİ və Rusiya İmperiyasının bayraqları bir yerdə.
Poroshenko gələn həftə sülh planını təqdim edəcək
Gələn həftə Donbasdakı münaqişənin həllinə dair sülh planının layihəsi hazır olacaq.
Bunu Ukrayna prezidenti Petro Poroshenko Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib.
O deyib ki, layihə sentyabrın 1-də Minskdə kontakt qrupunun görüşündə Ukrayna, ATƏT və Rusiya nümayəndələri ilə müzakirə olunacaq.
«Biz müharibəni dayandırmaq və müzakirəni diplomatik dialoq səviyyəsinə qaldırmaq üçün böyük səylər göstəririk. Elə məqama yaxınlaşırıq ki, artıq geriyə yol olmayacaq. Bu isə müharibə deməkdir» - Poroshenko deyib.
UKRAYNA KOSTROMA DESANTÇILARINI GERİ QAYTARIR
Ukraynanın şərqindəki müharibə zonasında əsir götürülən Rusiya desantçıları Rusiyaya qaytarılıb. Ukrayna onların əvəzində kimləri geri qaytarıb - burada oxu
QANLI "YAŞIL DƏHLİZ"
İlovaysk ətrafında mühasirədə olan Ukrayna əsgərlərinin aqibəti artıq 2-ci həftədir ki, gündəlikdədir. Rusiyameylli qüvvələrin təslim olmaq təkliflərini rədd edən bu hərbi birləşmələr nəhayət mühasirəni yarmaq qərarına gəliblər. Rusiya prezidenti Putin yaraqlılarla müraciət etdi ki, onlara humanitar dəhliz açsınlar. Lakin artıq 2-ci gündür ki, ərazidən çıxan Ukrayna hərbçiləri əmin edilər ki, onlara vəd olunan "yaşıl dəhliz" əslində tələ idi - onları güclü atəşə tutublar. "Krım" batalyonu öz FB səhifəsində yazır ki, ağır döyüşlər və böyük itkilərlə 2 mühasirə həlqəsini yarmalı olublar.