Seymur Həziyə qarşı cinayət məcəlləsinin «xuliqanlıq» maddəsinin 3-cü bəndi ilə cinayət işi açılıb. Bu ittihama görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur. Avqustun 30-da Abşeron rayon Məhkəməsi Seymur Həzi haqqında iki aylıq həbs-qətimkan tədbiri seçib.