Xanım Brasseur üçgünlük səfər boyunca prezident İlham Əliyevlə, parlament sədri və üzvləriylə, ədliyyə naziri və baş prokurorla, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti və vətəndaş cəmiyyəti təmsilçiləriylə görüşüb. AŞPA prezidenti bu dəfə siyasi məhbuslarla da söhbətləşə bilib.