Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:42

Thomas de Waal ciddi danışıqlara inanmır (Video)


Thomas de Waal ciddi danışıqlara inanmır
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00

Thomas de Waal ciddi danışıqlara inanmır

Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü haqda Vaşinqtondakı Karnegi Fondunun təhlilçisi Thomas De Waal “Nastoyaşee Vremya” televiziyasına deyib ki, onun fikrincə, status kvo qalacaq. Tərəflərin heç biri hərbi münaqişə istəmir. Azərbaycan əlbəttə torpaqlarını qaytarmaq istərdi, ancaq hərbi münaqişə risklidir. Ancaq yayda baş verənlər göstərir ki, gərginlik artır. Bu isə artıq pisdir. Yayda təmas xəttində döyüşlərdə bir həftədə 30 adam öldü, bu da bütün 2013-cü ildə ölənlərin sayından çox idi.

Rusiya prezidenti Putinlə və NATO sammitində ABŞ Dövlət katibi John Kerry ilə görüşdən sonra vəziyyət bir qədər sakitləşdi, ancaq ciddi danışqlardan heç kim danışmır.

Son vaxtlar ABŞ-la Rusiyanın münasibətlərinin pisləşməsi Dağlıq Qarabağ probleminin həllinə hansı təsiri göstərə bilər?

Thomas De Waal bu suala cavabında deyir ki, burda yeni problem yaranıb. Ermənistanla Azərbaycan arasında onsuz da inam az idi, yumşaq desək, indi Rusiya ilə ABŞ arasında da inam azalıb.

Əvvəllər heç olmasa, Dağlıq Qarabağ probleminin həllində ABŞ-la Rusiyanın mövqeləri uyğun idi. İndi Rusiyanın Azərbaycana da, Ermənistana da münasibətdə fəallığı artıb. Ola bilsin ki, bu məsələyə Moskvanın münasibəti Vaşinqtonun münasibətindən fərqlidir. Ancaq bu o demək deyil ki, Rusiya Dağlıq Qarabağ probleminin həllini istəmir.

XS
SM
MD
LG