Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:17

Vasif Talıbov kəndin dezinfeksiya olunmasını tapşırır...


Vasif Talıbov
Vasif Talıbov

-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

«Şərq qapısı» 15 yanvar 2015

Yol düzgün seçiləndə

...İndi bəziləri buna adi hal kimi yanaşıb fikirləşə bilər ki, burada qeyri-adi nə var? İqtisadi durumu bir az yaxşı olan istənilən ölkədə və ya regionda tikinti işləri gedə bilər; dünyada təmizliyinə diqqət edilən şəhərlər də var, tarixinə, mədəniyyətinə böyük məhəbbət bəsləyən və bunu əməldə sübut edən xalqlar və millətlər də. İlk baxışda bununla razılaşmaq mümkündür. Yalnız qeyd etdiyimiz kimi, ilk baxışda. Bu baxış bucağının arealını bir az genişləndirsək, tamam başqa təəssüratın sahibi olacağıq.

Qədim Naxçıvan diyarı Cənubi Qafqazın ən güclü ölkəsi olan Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Bu muxtar dövlətin statusu məlum beynəlxalq sənədlərlə təsdiqlənib və muxtariyyətin yaranmasına əsas səbəb Azərbaycanın əsas ərazilərindən ayrı düşməsi ilə bağlıdır.

Naxçıvan şəhərinin quruculuq xəritəsi genişlənir

Yanvarın 14-də Qaraçuq kəndində də həkim ambulatoriyasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın açılışını etmişdir.

Binaya baxış zamanı bildirilmişdir ki, həkim ambulatoriyası 12 xidməti otaqdan ibarətdir. Burada baş həkim, stomatoloji kabinə, palata, doğuş, həkim-terapevt, peyvənd, aptek, mama, tibb bacısı, qeydiyyat, müayinə və manipulyasiya otaqları vardır. Hazırda bu səhiyyə ocağında 11 tibb işçisi çalışır. Ambulatoriya lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunmuş, peyvəndləri saxlamaq üçün soyuducu, təcili yardım və peyvənd çantaları qoyulmuşdur.

Ali Məclisin Sədri tibb işçilərinin ixtisasartırma kurslarına göndərilməsinin, onların praktik vərdişlərinin və nəzəri biliklərinin artırılmasının vacibliyini vurğulamış, kənddə dezinfeksiya işlərinin aparılması, gigiyenik qaydalara əməl olunması, əhaliyə, xüsusilə uşaqlara və hamilə qadınlara göstərilən səhiyyə xidmətinin təşkili barədə müvafiq tapşırıqlar vermişdir.

XS
SM
MD
LG