Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:41
Milli Şuranın 15 mart mitinqi
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

Milli Şuranın 15 mart mitinqi

Milli Şuranın 15 mart mitinqi (video)

Müxalifət partiyalarının Milli Şurası martın 15-də Bakıda etiraz aksiyası keçirir.

"Talana son” şüarı ilə keçirilən mitinqdə Milli Bankın elan etdiyi devalvasiya, manatın 33 faiz dəyərdən düşməsi və bunun insanların yaşayışına mənfi təsirinə etiraz bildirmək üçün çağlırlır.

AzadlıqRadiosu 15 mart mitinqini izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

111
173
14:15 15.3.2015

Mətbuat Şurası "Talana yox" mitinqində monitorinq aparcaq

İlham Əliyev və Əflatun Amaşov Mətbuat Şurasının yeni binasının açılışında
İlham Əliyev və Əflatun Amaşov Mətbuat Şurasının yeni binasının açılışında

Milli Şuranın martın 15-də Bakıda keçirəcəyi mitinqdə jurnalistlərin peşə vəzifələrini necə yerinə yetirmələrinin monitorinqi aparılacaq.

“Qafqazinfo”nun məlumatına görə, monitorinqi Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu aparacaq. Onlar jurnalistlərə peşə fəaliyyətlərini yerinə yetirmələri üçün yaradılmış şəraiti nəzərdən keçirəcəklər.

Milli Şuradan Oqtay Gülalıyev AzadlıqRadiosuna deyib ki, bu barədə onlara heç bir məlumat daxil olmayıb.

Milli Şura martın 15-də «Talana son» şüarı ilə aksiya keçirməyi planlaşdırır.

14:20 15.3.2015

"İnsanların son tikəsini də əllərindən alırlar"

Ibrahim Ibrahimli
Ibrahim Ibrahimli

Milli Şura Kordinasiya Mərkəzinin üzvü, istiqlalçı deputat İbrahim İbrahimli deyib ki, "Bir gecədə milli valyutanı ucuzlaşdıranların məqsədi insanların min bir əziyyətlə yığıb-topladığı son tikəsini də əlindən almaqdır".

Bu barədə "Azadlıq" qəzeti yazır.

Milli Şura üzvü Vahid Məhərrəmovun fikrincə, artıq hiss olunur ki, hökumət idarəetmədə çətinlik çəkir: “Bu qədər neft gəlirləri hansı istiqamətə xərclənir? Niyə bu qədər işsizlik problemi, bahalaşma yaşayır bu xalq?"

14:31 15.3.2015

Müsavat partiya olaraq mitinqə qatılmır

Müsavat başqanının müavini Elman Fəttah APA-ya açıqlamasında deyib ki, hər bir müsavatçı Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqə qatılıb-qatılmamaqda sərbəstdir. Müsavat partiya olaraq aksiyada iştirak etməyəcək:

"Milli Şura mitinqi özü təyin edib və mitinqdə iştirak etmək üçün heç bir partiyaya müraciət etməyib. Ona görə də, mitinqdə iştirakla bağlı heç kimə tapşırıq vermirik, bunu üzvlərin öz öhdəsinə buraxırıq. Kim istəsə mitinqə qatıla bilər”.

15:44 15.3.2015

Mitinq başlandı

Mənbə: Azadlıq qəzeti
Mənbə: Azadlıq qəzeti

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının açılış nitqindən sonra dövlət himni səsləndirilib.

Etirazçılar əllərində “Manatın qatilləri cəzalandırılsın”, “8 milyard pul veriblər, oynamaqlarına bax”, “Seçki saxtakarlığına son” və digər şüarlar yazılmış plakatlar tutublar.

Mitinqin tribunasında Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimlidir.

Ə.Kərimli çıxışında bildirib ki, hakimiyyət, hüquq-mühafizə orqanları mitinqə gəlmək istəyənlərə maneələr yaradıb. O həmçinin bildirib ki, həkimi, müəllimi 200-300 manat alan bir ölkəyə Avropa Oyunlarının keçirilməsi lazım deyil.

Davamı

XS
SM
MD
LG