Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:40

Nazir: "Avropa Oyunları 1 milyarda başa gəlib"


Azad Rəhimov və Əli Həsənov
Azad Rəhimov və Əli Həsənov

-

«Azərbaycanda siyasi məhbus yoxdur».

Bunu prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Oyunları ərəfəsində iyunun 11-də keçirdiyi mətbuat konfransında bildirib.

Məlumatı «Turan» yayıb.

«Əl-Cəzirə» telekanalının «Siyasi məhbuslar nə vaxt azad ediləcək?» sualına cavabda Həsənov deyib:

«Azərbaycan hakimiyyəti olaraq o iddiadayıq ki, Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycanda ayrı-ayrı əməllərinə görə məhkum olunmuş insanlar var. Onların barəsində məhkəmənin qərarları, hökmü var. Heç bir icra hakimiyyəti də məhkəmənin qərarını şübhə altına almaq səlahiyyətində deyil».

Onun iddiasına görə, Azərbaycan məhkəmələri hakimiyyətin müstəqil qanadıdır. Burada məhkəmələr hüquqi dövlət normalarına uyğun fəaliyyət göstərir.

«Burada tam siyasi fəaliyyət azadlığı var. Azərbaycanda 55 siyasi partiya var. Onlar mitinqlər, yürüşlər, etirazlar, aksiyalar keçirmək, seçkilərdə iştirak etmək kimi tam azadlığa malikdirlər. Avropanın bəzi dairələri tərəfindən geniş kampaniyaya çevrilən «Azərbaycanda siyasi məhbus mövcuddur», «insan hüquqları pozulur», «mətbuat azadlığı yoxdur» fikirlərinin heç bir əsası yoxdur», - Ə.Həsənov bildirib.

AZAD RƏHİMOV İSTEFAYA GETMƏYƏ HAZIRDIR

«Amnesty International» təşkilatının Azərbaycana buraxılmaması barədə suala cavabda Ə.Həsənov deyib ki, təşkilat akkreditasiyadan keçməyib.

Ermənistan idmançılarının Avropa Oyunlarında iştirakına toxunan Həsənov idmanın Azərbaycan və Ermənistan xalqlarının yaxınlaşmasına şərait yaradacağına ümid etdiyini bildirib.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Avropa Oyunlarının büdcəsi 960 mln. avro təşkil edib.

«Faktiki olaraq 1 mlrd. manatdan bir qədər çox xərclənib. Manatın 34% devalvasiyasını nəzərə alsaq, hətta bir qədər qənaət olub», - A.Rəhimov bildirib.

Korrupsiya haqqında suala cavabda Rəhimov, demək olar ki, özünü təhqir olunmuş hesab edib, «auditor yoxlaması 1 dollar olsun mənimsəmə aşkar edərsə», istefaya getməyə hazır olduğunu bildirib.

XS
SM
MD
LG