Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:30

AzadlıqLive-Araz Ağalarov:"Emin hər həftə onların yanına uçur"

AzadliqLive-da iyulun 11-də bu və digər mövzuları müzakirə edirik

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

16:05 6.7.2015

"Şirvanda zavodda qəza qısaqapanmadan olub"

Şirvan şəhər İcra Hakimiyyətinin birinci müavini Samit Abıyev APA-ya açıqlamasında bildirib ki, Telemexanika Zavodunda hadisə qısaqapanma nəticəsində baş verib. S. Abıyev yanğın nəticəsində dünyasını dəyişən şəxsin ailəsinə maddi yardım ediləcəyini bildirib. MSN Telemexanika Zavodunun direktoru Usubağa Məmmədov APA-ya açıqlamasında bildirib ki, saat 11:55-də zavodda 30 kv.m sahədə yanğın baş verib. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfər yüngül xəsarət alıb.

Yanğının səbəbi ilə bağlı müvafiq qurumların araşdırma apardığını, ilkin olaraq yanğının elektrik xəttində qısaqapanmadan baş verdiyinin ehtimal olunduğunu bildirən U. Məmmmədov deyib ki, yanğın zamanı 2 nəfərin ölməsi 30 nəfərin xəsarət alması barədə xəbərlər həqiqəti əks etdirmir, bunlar şaiyədir.

15:58 6.7.2015

11 nəfər tibbi yardımdan sonra evə buraxılıb

Şirvan şəhərində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda baş verən qəzada xəsarət alan 19 nəfər Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Bu barədə APA-ya məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, zərərçəkənlər partlayış nəticəsində yüngül zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. L. Bayramova qeyd edib ki, zərərçəkənlərə toksikoloq və reanimatoloqlar yardım göstərir.
Telemexanika Zavodunda baş verən qəza nəticəsində 48 yaşlı bir qadın ölüb. O, ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib. Xəsarət alan 11 nəfər ambulator yardım göstəriləndən sonra evə buraxılıb.

15:00 6.7.2015

Şirvanın icra başçısı hazırda xaricdədir

Şirvan şəhərinin icra hakimiyyətinin başçısı Mərdan Camalov hazırda məzuniyyətdədir və Azərbaycanda yoxdur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Report"a İcra Hakimiyyətindən məlumat verilib. Bununla belə, "Mərdan Camalova baş vermiş hadisə haqda məlumat verilib. Məzuniyyətdə və xaricdə olmasına baxmayaraq öz müavinləri və Şirvanın müvafiq qurumlarının rəhbərləri ilə əlaqə saxlayır, lazımı tapşırıqlar verir.""Qafqazinfo"nun məlumatına görə, Şirvan icra başçısı Mərdan Camalov Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.

14:46 6.7.2015

Partlayış qadınlar işləyən sexdə olub

Musavat.com-un məlumatına görə, qəza zavodun 3-cü sexində baş verib. Burada qadınlar işləyir. Yaralanan və ölən qadınların şəxsiyyəti dəqiqləşdirilir. Şirvanda zavodda partlayış olub. 1 adam ölüb, 19-u yaralanıb.

Davamı

XS
SM
MD
LG