Tbilisi zooparkından qaçan pələngin cəsədi tapılıb
Gürcüstan paytaxtında daşqından sonra itkin düşmüş sonuncu heyvanın – pələngin cəsədi üzgüçülük kompleksindən tapılıb. İyulun 5-də Tbilisi zooparkının direktoru Zuraba Gurielidze jurnalistlərə deyib ki, bu, itkin düşmüş heyvanlardan sonuncudur.
Ət kəsimi və satışına nəzarət gücləndirilir
“Havaların normadan artıq isti keçəcəyinin proqnozlaşdırıldığı iyul və avqust aylarında Bakıda ət kəsimi və satışının aparıldığı yerlərdə monitorinqlər aparılacaq, bu obyektlərdə baytarlıq nəzarəti gücləndiriləcək”.Bunu Trend-ə Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov deyib.
Siyasi futbol
Yeni Musavat : "ötən həftəsonu Azərbaycan-Gürcüstan münasibətlərini növbəti dəfə sınağa çəkən hadisə ilk baxışda adi görünə bilər, ancaq az qalmışdı iki ölkə arasında siyasi qalmaqala çevrilsin."
«Söhbət iyulun 2-də Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tiflisdə keçirilmiş «Dinamo» - «Qəbələ» oyununda yaşanan insidentdən gedir. Bəlli olduğu kimi, matç zamanı azərbaycanlı azarkeşlərə hücum olub, onlardan bir neçəsi döyülüb, dövlət bayrağımız ayaqaltı edilib, stadionda Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu plakat-xəritə («Zaqatala, Qax 1921 - unutmuruq!») qaldırılıb."