İki erməni əsgəri ölüb, ikisi yaralanıb
Separatçı Dağlıq Qarabağ rejiminin 2 əsgəri yol qəzasında ölüb.
Məlumata görə, iyulun 5-də Xankəndi-Laçın yolunun 28 kilometrliyində baş verən yol qəzasında 2 əsgər ölüb, 2-si isə xəsarət alıb.
Şirvanda zavodda partlayışda 1 adam ölüb, 19 -u yaralanıb
İyulun 6-da Müdafiə Sənaye Nazirliyinin Şirvanda yerləşən “Telemexanika” zavodunda partlayış olub. Şirvan şəhər Təcili Tibbi Yardım Stansiyasından Trend-ə bidiriblər ki, qəza zamanı bir nəfər ölüb, 19 nəfər yaralanıb. Onlar zəhərlənmə və yüngül yanıq diaqnozları ilə xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri yüngül və orta-ağır qiymətləndirilir. Xəstəxananın 5 həkim briqadası hadisə yerindədir."Telemexanika" zavodunda 245 nəfər çalışır. Bu zavod 2006-сi ildən Müdafiə Sənayesi Nazirliyinin tərkibinə daxil edilib.Zavod neft sənayesi ücün сihazlar və texnoloji tərtibatlar istehsal edir.
Partlayış qadınlar işləyən sexdə olub
Musavat.com-un məlumatına görə, qəza zavodun 3-cü sexində baş verib. Burada qadınlar işləyir. Yaralanan və ölən qadınların şəxsiyyəti dəqiqləşdirilir. Şirvanda zavodda partlayış olub. 1 adam ölüb, 19-u yaralanıb.
Şirvanın icra başçısı hazırda xaricdədir
Şirvan şəhərinin icra hakimiyyətinin başçısı Mərdan Camalov hazırda məzuniyyətdədir və Azərbaycanda yoxdur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Report"a İcra Hakimiyyətindən məlumat verilib. Bununla belə, "Mərdan Camalova baş vermiş hadisə haqda məlumat verilib. Məzuniyyətdə və xaricdə olmasına baxmayaraq öz müavinləri və Şirvanın müvafiq qurumlarının rəhbərləri ilə əlaqə saxlayır, lazımı tapşırıqlar verir.""Qafqazinfo"nun məlumatına görə, Şirvan icra başçısı Mərdan Camalov Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.