Tsipras borcun 30 faizinin silinməsini istəyəcək
Yunanıstanın baş naziri Alexsis Tsiprasın iyulun 7-də avrozona ölkələrinin Brüssel sammitində ölkənin borc böhranı ilə bağlı yeni təklif verəcəyi gözlənilir. Media məlumatlarına görə Tsiprasın planında Yunanıstanın borcunun 30 faizinin silinməsi tələb olunur.
Günü 30 min avroya dincələn azərbaycnlılar kimlərdir
Modern.az xəbər verir ki, Fransa televiziyasında "Enquete exclusive" (xüsusi araşdırma) verilişində İspaniyanın cənubunda yerləşən Marbella kurort şəhərində Villa Del Mar adlı bu malikanə göstərilib, deyilib ki, bir gəcənin qiyməti burda 30 min avrodur. Villanı jurnalistlərə göstərən ev sahibi orada dincələnlərin olduğunu və yenicə getdiklərini deyib, ancaq onlar darvazadan çıxan zaman özlərini və avtomobillərinin nömrələrini çəkməməyi xahiş edib.Villa sahibi yalnız onu qeyd edib ki, bu müştərilər azərbaycanlılardır və burada 12 gün qalıblar.
Moskvada azərbaycanlı "Stalin" "Lenini" döyüb
Moskvada Leninin oxşarı ilə Stalinin oxşarı arasında dava düşüb. "Stalin" "Lenini" döyüb. Media məlumatlarına görə, Stalinin oxşarı Lətif Vəliyev azərbaycanlıdır.
Həbsdə olan hakim prezidentə açıq məktub yazır
"MeydanTV" Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi, hazırda həbsdə olan Həsən Əliyevin ölkə başçısı İlham Əliyevə açıq məktubunu yayıb. Keçmiş hakim deyir ki, onu yüksək vəzifəli bir məmurun göstərişi ilə həbsə atıblar