Sterligov Qarabağda insanların münasibətindən danışır
Rusiyanın ilk milyonçularından olan, sonra milyonlarından imtina edib, Rusiyada fermerlik edın , indi isə Dağlıq Qarabağda peyda olan German Sterliqov Rusiyanın REN TV televiziyasına deyib: “Mən xoşbəxtəm ki, uşaqlarımı bura gətirmişəm, mən onlara nəzəri baxımdan insanların bir-birinə necə münasibət bəsləməli olmasından danışmışam. Təəssüf ki, müasir Rusiyada bu münasibət yoxdur. Ancaq Dağlıq Qarabağda var”.
Mərkəzi Banka 141 metrlik bina tikirlər
Azadlıq qəzeti: böhranın dərinləşdiyi vaxtda Mərkəzi Banka 141 metr hündürlüyündə yeni inzibati bina tikirlər
Bərdədə gəncin intiharı ilə bağlı cinayət işi açıldı
Bərdədə banka borca görə özünü asan gəncin ölümü ilə bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.Media məlumatlarına görə, bir övladı olan və fəhləliklə dolanan 23 yaşlı gəncin bu addımı bütün rayonda səs-küy doğurub.
Banka borca görə özünü öldürdü
Bərdə şəhərində Qəhrəmanlıq parkı adlanan ərazidə cavan oğlan özünü Tərtər çayı üzərindəki körpüdən asıb. Bu xəbəri verən Milli.Az yazır ki, fəhləliklə dolanan gəncin özünü öldürməsinə səbəb banka külli miqdarda borcunun olmasıdır. Sayt yazır ki, bir neçə gün əvvəl Oğuz rayonunda 53 yaşlı kişi də Beynəlxalq Banka borca görə özünü öldürmüşdü.
Milli.az saytının yaydığı foto