Azərbaycana haker proqramı satılıb?
Hacking Team-in 40-dan çox işçisi var və onlarla ölkədə hüquq mühafizə orqanlarına kommersiya məqsədli haker proqramları satır. Həmin ölkələr içində Mərakeş, Efiopiya, Birləşmiş Ərəb Əmirlikləri, o cümlədən Azərbaycan var. Azərbaycan Müdafiə Nazirliyinin adı şirkətin müştəriləri sırasındadır.Müştərilər işində ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI), Çin, Avstraliya, İspaniya, İraqın adlarına da rast gəlinir. Müdafiə nazirliyinin cavabını öyrənib, sizə bildirəcəyik
İyulun 6-da AzadlıqLive-da radioda bunları müzakirə etdik:
Dövlətlərə öz vətəndaşlarının kompüterlərinə virus salıb, onları izləməyi üçün virus satan şirkət "HackingTeam" -in özünə haker hücumu edilib. Bu şirkətin aktiv müştəriləri arasında Azərbaycan Müdafiə Nazirliyi də var, Kənd müəlliminin xərci borcunu ödəmir, Avropa Oyunların Bakıya nə qaldı?, Azərbaycana MERS - “Yaxın Şərq Nəfəs Sindromu” təhlükəsi varmı?
Məktəbli forması bahalanacaq
“Bakı Tikiş Evi”nin orta məktəb şagirdləri üçün satdığı geyimlərin qiymətlərinin artlrılması nəzərdə tutulur. Bu barədə "Bakı Tikiş Evi"nin Satış şöbəsinin rəisi Etibar Əzimov Trend-ə məlumat verib. Bildirib ki, geyimlərin satış qiymətinin nə qədər bahalaşdırılacağı ilə bağlı qərar yaxın günlər ərzində açıqlanacaq”.BTE-dən bildirilib ki, qiymətlərin bahalaşdırılmasının əsas səbəbi materialların Türkiyədən dollarla alınması və dolların da məzənnəsinin yüksəlməsidir.
Yaponiya robot duelinə "hə" dedi
Yaponiyanın Suidobashi şirkəti ABŞ-ın Megabots şirkətinin nəhəng robotların dueli təklifinə "hə" deyir və özünün 4 tonluq Kuratas robotunu rəqibin Mark2 robotuna qarşı çıxarır. Döyüş 1 ildən sonra olacaq. O vaxta kimi yaponlar Kuratası həm odlu, həm də soyuq silahdan istifadəyə öyrədəcəklər.
Kuratas robotu:
Mark 2 robotu: