Kənd müəlliməsi Facebook -da ona təklif olunan yardımı qəbul etmədi
"Çünki mən müəlliməyəm. Və tarixən də əsl müəllim olanların özləri xalqa xeyriyyəçilik ediblər, amma nə qədər də çətinə düşsələr, özləri ianə qəbul etməyiblər"
İyulun 9-da AzadlıqLive-da bu mövzuları müzakirə etdik:
"Xədicənin işində cinayət tərkibi tapmadıq" -bunu vəkili deyir
SOCAR-ın borcları problemi
Heydər Əliyev məscidi nə vaxt açılacaq? – bilən yoxdur
Facebook-dakı yardım kampaniyasından sonra kənd müəllimi yardımı qəbul etmədi
Bakının tualet problemi
Banka borca görə özünü öldürdü
Bərdə şəhərində Qəhrəmanlıq parkı adlanan ərazidə cavan oğlan özünü Tərtər çayı üzərindəki körpüdən asıb. Bu xəbəri verən Milli.Az yazır ki, fəhləliklə dolanan gəncin özünü öldürməsinə səbəb banka külli miqdarda borcunun olmasıdır. Sayt yazır ki, bir neçə gün əvvəl Oğuz rayonunda 53 yaşlı kişi də Beynəlxalq Banka borca görə özünü öldürmüşdü.
Milli.az saytının yaydığı foto
Bərdədə gəncin intiharı ilə bağlı cinayət işi açıldı
Bərdədə banka borca görə özünü asan gəncin ölümü ilə bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.Media məlumatlarına görə, bir övladı olan və fəhləliklə dolanan 23 yaşlı gəncin bu addımı bütün rayonda səs-küy doğurub.