İyulun 13-də AzadlıqLive-da Radioda nələri müzakirə etdik:
Leyla Yunus və Arif Yunusun məhkəməsi bu gün başlanmalı idi, qeyri-müəyyən səbəbdən təxirə salındı. Vəkil Elçin Qəmbərovla söhbət
Avropa Oyunları çempionu aldığı 150 min mükafatı nəyə xərcləyəcək?
Milli Bankın uçot dərəcəsi 3 faizdir, onda niyə kommersiya bankları krediti 30 faizlə verir?
Tbilisidən uçmaq yoxsa Bakıdan?
Oyunlardan 150 min qazanan pulu nəyə xərcləyəcək?
Boksçu Teymur Məmmədov Avropa Oyunlarından qızıl medal, yəni həm də 150 min manat pul qazanıb. O, biznes qurmaq fikrinə normal yanaşır, ancaq özünü hələ idmanda görmək istəyir:
«Düzünü desəm, pulu hara sərf etmək haqda hələ heç nə düşünməmişəm. Bu, ailə puludur. Mənim atam ailənin ağsaqqalıdır. O, necə məsləhət bilsə, pul elə də istifadə olunar. Biznes ağıllı fikirdir. Ola bilər. Ancaq mən idmanı unutmaram».
İlham Əliyev: Almaniya Bundestaqının bizimlə nə işi var?
İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib: "Birinci Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamentində Azərbaycana qarşı qərəzli qətnamə müzakirəyə çıxarılsa da, qəbul olunmadı. Almaniya Bundestaqında isə anti-Azərbaycan məzmunlu qətnamə qəbul edildi. Bu da bir daha ölkəmizin, onun uğurlarını gözdən salmağa çalışan çirkin kampaniyanın tərkib hissəsidir. Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var, Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyaya hakimdirmi, hamı onlara tabemi olmalıdır? Görünür ki, onlar pis öyrəşiblər, amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya çərçivəsindədir, bizim onlardan heç bir istəyimiz yoxdur. Əksinə, bizim qazımız, kontraktlarımız, neftimiz, bizim bu coğrafiyada, ərazidə fəaliyyətimiz onlara lazımdır”.
İlham Əliyev: "O qətnamələr bizim üçün kağız parçasıdır"
İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib: “Bu yaxınlarda Avropa Oyunları zamanı Avropa Şurası Parlament Assambleyasında qətnamə qəbul edildi. Qətnamənin mətnində məruzəçilər tərəfindən mətndə yazılmışdı ki, Assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. O cümləni götürüb dəyişirlər, yazırlar ki, Assambleya nəzərə alır ki,Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Bu, nə deməkdir?! Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir”.