Saxta "MTN"çilər yaxalanıb
Özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən bir qrup şəxs Bakı sakininin 3 milyon 400 min ABŞ dollarını dələduzluq yolu ilə ələ keçiriblır. Məlumatı ANS Press-ə DİN-dən veriblər
Ilham Əliyev:"atamın ruhu qarşısında borcumdur"
"Bir neçə il bundan əvvəl mən Məkkə ziyarətində müqəddəs Kəbənin içində dualar edərək niyyət etmişdim ki, Azərbaycanda böyük, möhtəşəm məscid tikiləcək və bu məscidin adı Heydər Məscidi olacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin verdiyi iftar süfrəsində deyib. İ. Əliyev bildirib ki, bu ilin aprel ayında ona yenidən Kəbənin içində dualar etmək xoşbəxtliyi nəsib olub: “İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralının şəxsi göstərişi ilə müqəddəs Kəbənin qapıları mənim, şeyx həzrətlərinin, ailə üzvlərimin üzünə açılmışdır və yenidən müqəddəs Kəbənin içində dualar edərək, ürəyimdə dedim ki, Heydər Məscidi tikildi. Bir müsəlman kimi mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bu, atamın ruhu qarşısında mənim borcumdur. Bir müsəlman kimi mən xoşbəxt adamam ki, buna nail ola bilmişəm və eyni zamanda, xoşbəxt adamam ki, müqəddəs Kəbənin içində üç dəfə dualar etmişəm”.