Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:24

Məşhur musiqiçilər Qəbələdə küçədə gecələyib?


Qəbələ Beynəlxalq Musiqi Festivalı, 2014
Qəbələ Beynəlxalq Musiqi Festivalı, 2014

-

Fakt faktlığında qalır. Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar Qəbələyə əcnəbi turistlərin ayağının dəymədiyini deyir...

İyulun 25-də Qəbələdə Beynəlxalq Musiqi Festivalı başlayacaq.

Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən və ayın sonunadək davam etməsi nəzərdə tutulan bu musiqi bayramına Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsrail, Avstriya, Xorvatiya, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - İtaliya Simfonik Orkestri, "Moskva virtuozları" Kamera Orkestri, Avstriya Vayner Akademiyasının Kamera Ansamblı, "Flamenko" ansamblı, "Dubrovnik Guitar Trio" qatılacaq.

Amma bu tədbirin Qəbələdəki otellərin leqal fəaliyyətinə güman ki yenə də təsiri olmayacaq.

ƏCNƏBİLƏRİN AYAĞI DƏYMƏYİB...

Rəsmi statistikaya inansaq, mehmanxanalar diyarı kimi tanıınan Qəbələ rayonuna son 4 ildə demək olar ki, əcnəbi turist gəlməyib. Məşhur ifaçıların və musiqi qruplarının isə yay olmasına rəğmən küçədə gecələdiyini düşünəcək vergi məmurunu tapmaq çox ümidsiz əyləncə olardı.

Bununla belə, fakt faktlığında qalır. Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar Qəbələyə əcnəbi turistlərin ayağının dəymədiyini deyir.

Gəlin faktlara müraciət edək. Birinci Beynəlxalq Musiqi Festivalı keçirilən 2009-cu ildə Qəbələ otellərində 887 nəfər xarici ölkə vətəndaşı (Rusiya, Türkiyə, Ukrayna, Çin, Britaniya və s.) toplam 4794 gecə qalıb.

Sonrakı ildə Qəbələ mehmanxanalarının qonaqlarının sayı 1251 nəfərə qalxsa da, gecələmələr təxminən iki dəfə azalıb. Güman ki bu, buradakı müsiqi festivalının daha az müddətdə davam etməsi ilə bağlıdır.

H.Əliyev fondu məlumat verir ki, təkcə IV Musiqi Festivalında iştirak etmək üçün (22 iyul - 5 avqust 2012-ci il) dünyanın 10 ölkəsindən 350 müsiqiçi gəlmişdi.

Amma son dörd ildə Qəbələdə Beynəlxalq Musiqi Festivalı ara verməsə də, rayondakı otellərdə əcnəbilər qeydə alınmayıb.

Qəbələdəki otellərin əksəriyyəti “Gilan Holding”ə məxsusdur.

Holdinqin “Gilan Turizm” qoluna daxil olan "Qafqaz Resort" otelində 98 otaq və 20 fərdi villa, “Qafqaz Riverside” otelində 123 otaq, “Qəbələ” otelində 58

otaq, “Gilan Otel”ində 30 otaq, “Yengicə İstisu Sağlamlıq Mərkəzi”ndə 61 otaq, “Qafqaz Yeddi Gözəl Otel”də 55 otaq, “Qafqaz Qəbələ Siti Otel”-də 80 otaq, "Qafqaz Karvansaray Otel” 159 otaq, "Qafqaz Sport Otel”də 94 otaq və 21 kottec var.

GƏLİR GƏTİRƏN TƏKCƏ OTAQLAR DEYİL...

Qəbələ
Qəbələ

Otel kompleksinə üç restoran, dörd bar, bir gecə klubu, və bir konfrans zalı daxildir. Bütün bu mehmanxanalarda onlara gəlir gətirən başqa xidmət obyektləri, o cümlədən çoxsaylı restoran və barlar, konfrans zalları, oyun otaqları, idman və sağlamlıq klubları və s. mövcuddur.

Bu otellərdə gecələmiş şəxslər deyirlər ki, Qəbələdə istirahət ölkənin başqa regionlarından daha baha başa gəlir.

Qəbələdə bu şirkətlər qrupunun əksəriyyəti son illərdə inşa edilmiş otellərində 800-dək nömrə var.

Amma statistikaya görə, bu rayondakı otel nömrələrinin sayı artmaq əvəzinə durmadan azalıb. Əgər 2009-cu ildə Qəbələ otellərində 267 qonaq otağı qeydə alınmışdısa, bu ilin əvvəlinə bu rəqəm199-a düşüb.

Son altı idə Qəbələ otellərində otaq kirayələyən şəxslərin sayı iki dəfədən çox azalıb. Əgər 2009-cu ildə bu rayondakı otel nömrələrində 12 734 şəxs qalmışdısa,, 2014-cü ildə otellərdə qeydə alınan yerli vətəndaşların sayı 5824 nəfər olub. 2010-cu illə müqayisədə Qəbələ otellərində yerləşdirilən şəxslərin sayı təxminən 5 dəfə azalıb. Qeyd etdiyimiz kimi, onların arasında bir nəfər də olsun əcnəbi olmayıb.

CAVAB YOXDUR

“Gilan Holding” şirkətlər qrupunun direktoru Cəmil Muradova bu təzadlı rəqəmlərələ bağlı ünvanlaşmış suallar cavabsız qalıb.

Qəbələdə otel
Qəbələdə otel

Bütün bunlar öz növbəsində Qəbələdə turizmdən leqal gəlirlərin, dolayısı ilə dövlət büdcəsinə vergi daxilolmalarının aşağı düşməsi ilə nəticələnir. Əgər 2013-cü ildə Qəbələ otellərinin toplam gəliri 750 min manat olmuşdusa, ötən il bu rəqəm 568,9 min manata düşmüşdü.

Qəbələdə otel
Qəbələdə otel

Bu, Bakı şəhərində sadələşdirilmiş vergi sistemi ilə fəaliyyət göstərən 4 kiçik ticarət obyektinin ilik gəlirinə bərabərdir.

Həmin otellərin xərcləri isə 381 min manat olub. Müqayisə üçün Lənkəran şəhərindəki otelləin dövriyyəsi maraqlıdır. Buradakı 342 otel nömrəsi ötən il 1 milyon 250 min manata qədər gəlir gətirib.

Göründüyü kimi, Azərbaycanda kölgə iqtisadiyyatının qurbanı olan sahələrdən biri də otelçilikdir. Əgər Qəbələdəki təkcə “Gilan Holding”ə məxsus otellər il ərzində cəmi 50 gün, həftədə 1 dəfə tam dolu olarsa, bu, il ərzində 40 min qonaq qəbul etmək deməkdir. Hər şəxs isə çox yox, 50 manat ödəmiş olarsa, illik dövriyyənin 2 milyon manat olduğu aşkara çıxar.

Oliqarxların himayəsindən yararlanan otellər gəlirlərini gizlətməklə dövlət büdcəsində milyonlarla manat vəsaiti yayındırırlar.

XS
SM
MD
LG