Mingəçeviri sel basıb
Oktyabrın 5-də səhər saatlarında Mingəçevir küçələri
Tibb üzrə "Nobel"-in qalibləri açıqlandı
Nobel mükafatları mövsümü tibb üzrə mükafatın qaliblərinin elan olunmasından başlandı.
İrlandiyada anadan olan William Campbell, yaponiyalı Satoshi Omura və çinli Youyou Tu tibb üzrə Nobel makafatına layiq görülüblər. Campbell və Omura parazitik xəstəliklərlə mübarizədə yeni dərman- avermectin-i kəşf etdiklərinə görə mükafatın yarısını, digər yarısını is malayariyadan yaşlılar arasında ölümü iki dəfə azaldan artemisinin dərmanının kəşfinə görə Tu alıb.
Dünyada hər il mayariyadan yarım milyon adam ölür. Nobel mükafatı 8 milyon İsveç kronu və ya 960 min dollardır.
MTRŞ: "Məchulu tapın", "Ay Zaur",... nəzarətdədir
"ANS televiziyasında yayımlanan “Məchulu tapın”, "Xəzər" telekanalında yayımlanan “Ay Zaur”, “5/5”, “Hər şey daxil” və "Space" televiziyasında yayımlanan “Sevimli şou” nəzarət altındadır: ““Sevimli şou”da aşağı zövqlərə köklənən müəyyən musiqi parçaları səslənir ki, bu, cəmiyyətin müəyyən təbəqəsinə köklənib, geniş auditoriya üçün deyil. Efirin toyxanaya çevrilməsi, habelə aparıcının bayağı davranışları nümunələri var."
Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
MB-nin valyuta ehtiyatı son 4 ildə minimum həddə düşüb
Mərkəzi Bankın (MB) valyuta ehtiyatı sentyabr ayında da azalıb. Bu dəfə azalma 271.2 milyon dollar və ya 3.7 faiz olub. Hazırda MB-nin valyuta ehtiyatı 7 milyard 44 milyon 200 min dollardır. İqtisadçı-ekspert Samir Əliyev deyir ki, valyuta ehtiyatının həcmi dördillik minimuma düşüb: «Ehtiyatların həcmi sonuncu dəfə 2011-ci ilin oktyabrında təxminən bu həddə, yəni 7 milyard 27 milyon 600 min dollar olub. Bu ilin 9 ayı boyunca MB-nin ehtiyatları 6 milyard 700 milyon dollar və ya 49 faiz azalıb».