Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:27

Sosial ipoteka alan hər 100 nəfərdən 2-si alimdir


Bina.
Bina.

-

İpoteka kreditlərində güzəştlərdən yararlananlar arasında elmi dərəcəsi olanlar da var. 2015-ci ilin ilk yarısını əhatə edən məlumata görə, onlar bu güzəştlərdən ən az istifadə edən kəsimlərdən biridir. Ən böyük istifadə faizi hərbi qulluqçuların, ən az paysa şəhid ailələrinin payına düşür.

Güzəştli kateqoriyaya aid borcalanların pay bölgüsü: (2015-ci il 2-cü rübə görə)

Hərbi qulluqçu – 79.5 %

Dövlət qulluqçusu – 8.6%

Məcburi köçkün – 8 %

Elmlər namizədi – 2.1 %

İdmançı – 1.5%

Şəhid ailəsi – 0.3 %

CƏMİ 82 ALİM

Alimlərin güzəştli ipoteka kreditindən ən az yararlananlar arasında olmasını iqtisadçı-ekspert Rəşad Həsənov da təsdiqləyir:

«Bu günədək ölkə üzrə verilən hər 100 sosial ipotekanın yalnız ikisi elm adamlarının payına düşür. Ötən illər ərzində yalnız 82 alim bu imkandan yararlanıb. Halbuki hərbi qulluqçular üzrə müvafiq göstərici 3100 rəqəmini aşır. Bu vəziyyətin obyektiv və subyektiv səbəbləri var. Birincisi, ölkədə hərbi qulluqçuların sayı alimlərə nisbətdə dəfələrlə çoxdur. İkincisi, elm adamları daha azgəlirli kateqoriyaya daxildir və indiki qanunvericilik müvəkkil banklara müştəri seçmək hüququ verir. Nəticədə, banklar daha risksiz - yüksəkgəlirli insanlara kredit ayırmağı üstün sayır. Vəsait həcminin azlığı da bankların seçim imkanlarını asanlaşdırır və onları bu vəsaiti daha təhlükəsiz yerləşdirməyə məcbur edir. Üçüncüsü, müşahidələr göstərir ki, alimlərin əsas problemi ilkin ödəniş məbləğinin yüksək olmasıdır. Dördüncü səbəbsə bu qrup insanların daha çox paytaxtda cəmləşməsi və Bakıda mənzil qiymətlərinin bahalığıdır. Elmlər namizədinin indiki gəliri ipoteka kreditinin maksimum məbləğindən istifadəyə imkan vermir. Az həcmdə kreditsə mənzil probleminin birdəfəlik həllinə yetərli deyil».

ÇIXIŞ YOLU – YÜKSƏK MAAŞ

İqtisadçı-ekspert çıxış yolunu da göstərir: «Sayca elə də çox olmayan elmlər namizədlərinin daha yüksək əməkhaqqı ilə təmin edilməsi belə halların aradan qaldırılmasında ilk addım ola bilər. İkinci addım - ilkin ödəniş minimumunun ləğvidir. Hökumətin bu istiqamətdə ayrıca proqram icra etməsi də yaxşı olar. Məsələn, çoxmərtəbəli binalar tikib aylıq ödənişlə alimlərə təklif etmək mümkündür. Hökumətin kommersiya marağı olmadığından mənzillər elə baha satılmayacaq... Bu yolla alimlərin sosial yükü azalacaq və daha az vəsait yönəltməklə daha çox elm adamının problemi çözüləcək».

XS
SM
MD
LG