Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:52

Akif Qurbanov MSK-dakı yerini itirə bilər


Akif Qurbanov
Akif Qurbanov

-

Akif Qurbanov Mərkəzi Seçki Komissiyasının üzvlüyündən çıxa bilər. O, MSK üzvlüyünə Ümid partiyasından seçilib. Ümid Partiyasının sədri İqbal Ağazadə deputat seçilməyəcəksə, bu partiya MSK-ya üzv verə bilməz.

Məsələ bundadır ki, 18 nəfərlik MSK üç tərkibdən formalaşır. 6 nəfər hakim partiyadan, 6 nəfər parlamentdə azlıqda qalan partiyalardan, 6 nəfərdə bitərəflərdən.

Hər parlament seçkilərindən sonra da MSK tərkibi yenidən formalaşmalıdır. Adətən də hər seçkidən sonra parlamentin tərkibindən asılı olaraq bir, iki dəyişiklik ola bilir. Ancaq parlament son dövrlər əsasən Yeni Azərbaycan Partiyasının üzvləri arasından formalaşdığından MSK rəhbərliyində və əsas heyətdə elə bir dəyişiklik olmur.

MSK-nın hazırkı tərkibi 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra formalaşdırılıb.

report.az MSK-nın hazırkı tərkibini belə sadalayır: Məzahir Pənahov (sədr), Natiq Məmmədov (sədr müavini), Arifə Muxtarova (katib), Mikayıl Rəhimov (katib), üzvlər Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərov, Bəxşeyiş Əsgərov, Almas Qəhrəmanlı, Akif Qurbanov və Etibar Quliyev.

Onların arasında yalnız Akif Qurbanov MSK-nın iclaslarında tez-tez tənqidi mövqeyi dilə gətirir və əsasən çıxışları rəhbərliyin mövqeyi ilə üst-üstə düşmür.
Ümid Partiyasının sədri İqbal Ağazadənin deputat olmayacağı təqdirdə A.Qurbanov yalnız bir halda MSK-da təmsil oluna bilər. Milli Məclisdə yer qazanmış siyasi partiyalardan bəziləri MSK üzvlüyünə məhz A.Qurbanovun namizədliyini irəli sürərsə, o, yenidən MSK üzvü ola bilər. Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin deputat seçiləcəyi təqdirdə bu elə də inandırıcı görünmür.

Yada salaq ki, 35 saylı Seçki Dairəsində əsas mübarizə İqbal Ağazadə ilə Araz Əlizadə arasında getmişdi. MSK məhz A.Əlizadənin adını ilkin qalib kimi çəkib.

XS
SM
MD
LG