Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:47

Prokurorluq Fuad Qəhrəmanlıyla bağlı məlumat yaydı


Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

-

Respublika Prokurorluğu AXCP sədrinin müavini Fuad Qəhrəmanlının istintaqa çağırılması barədə məlumat yayıb. Məlumatda bildirilir ki, o, «2015-ci il noyabrın 26-da silahlı cinayətkar dəstə tərəfindən Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsi, ictimai qaydanın pozulması, terror aktları və ölümlə nəticələnən digər cinayətlər törədilməsi faktları ilə bağlı» aparılan istintaqda ifadə verməyə çağrılıb.

Açıqlamada Fuad Qəhrəmanlının Facebook-da yazdıqları istintaqın əlindəki yetərli sübutlar kimi qiymətləndirilir. Qeyd edilir ki, o, bu ilin sentyabrından bəriyaydığı çoxsaylı informasiyalarda vətəndaşları hakimiyyət nümayəndələrinə qarşı itaətsizliyə çağırıb, İslam dininin müxtəlif təriqətləri arasında dini nifrət və düşmənçiliyə yol açacaq hərəkətlərə yol verib.

Fuad Qəhrəmanlı öz çağırışları ilə Nardaran qəsəbəsindəki adamları dini-ekstremist fəaliyyətə sövq etməkdə, dini ayrıseçkilik salmağa cəhddə də günahlandırılır.

Prokurorluq Fuad Qəhrəmanlının Taleh Bağırov və tərəfdaşlarının silahlı ekstremist fəaliyyətinə yardım göstərməsinə, «hakimiyyətin zorla ələ keçirilməsinə, davamlı və kütləvi etiraz aksiyaları keçirərək konstitusiya quruluşunun zorla dəyişdirilməsinə» açıq çağırışlar etməsi barədə məlumatlar əldə edildiyini də bildirir.

F.Qəhrəmanlının yaxınları isə onun siyasi baxışlarına görə saxlandığını bildirirlər.

Bunda da bax: Fuad Qəhrəmanlının xanımı: «Hədə məktubları alırdı»

XS
SM
MD
LG