Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:53

Qonşu ölkələr iqtisadi artım baxımından Azərbaycanı üstələyəcək


Foto illüstrasiya
Foto illüstrasiya

-

Dünya Bankının 2016-cı illə bağlı Qlobal İqtisadi Proqnozlarından məlum olub ki, Azərbaycan iqtisadi artım baxımından qonşularından geri qalır. Beynəlxalq qurum bu il Azərbaycanda 2 faiz iqtisadi artım gözləyir.

Qonşularla müqayisə edilsə, 2016-cı ildə Ermənistanda iqtisadi artım Azərbaycandan yuxarı proqnozlaşdırır – 2.2 faiz. Gürcüstanda gözlənilən artım hər iki ölkədən yuxarıdır (3-lə 5 faiz arasında). Dəniz qonşusu Qazaxıstanda da Azərbaycandan çox – 3.4 faizədək artım ola bilər.

Neft hasilatının sürətlə yüksəldiyi vaxtlarda iqtisadiyyatın real artımı yüksək faizlərlə ifadə edilirdi. Bunu öz bacarığı kimi qələmə verən hökumət dünyada inkişaf lider olduğunu car çəkirdi. Önəmli olan artım tempini saxlamaq idi, amma hökumət bunu bacara bilmədi. Nəticədə, 2006-cı ildəki 34.5 faiz iqtisadi artım 5 il sonra - 2011-ci ildə 0.1 faizə düşdü.

«AZƏRBAYCAN İNDİ HƏMİN DÖVRÜ YAŞAYIR»

İqtisadçı ekspert Elxan Mikayılov belə durumu təbii resursu olan bütün ölkələrdən ötrü səciyyəvi sayır: «Təbii resursun ilkin hasilatı dövründə iqtisadi artım sürətli olur, ancaq sonradan aşağı düşür».

Ekspert bildirir ki, bu vəziyyətin yaranacağı əvvəlcədən bəlli idi: «İqtisadiyyatda məhsuldarlıq artırılmalıydı. İqtisadi artım neftdənkənar sektorun inkişafı hesabına təmin edilməsə, yerini geriləməyə verir. Azərbaycan indi həmin dövrü yaşayır».

«GƏLƏN İL AZƏRBAYCANDA 1 FAİZLİK İQTİSADİ ARTIMI DA...»

Elxan Mikayılovun fikrincə, son illər qeyri-neft sektoru hesabına iqtisadi artım təmin edilir: «Ancaq bu, ümumi iqtisadi artım tempinə önəmli təsir üçün yetərli deyil. Gələn il Azərbaycanda 1 faizlik iqtisadi artımı da təmin etmək çətin olacaq. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozu 4 faiz olsa da, indiki şərtlərdə həmin göstəriciyə çatmaq mümkün deyil.Yanvarda BVF də öz proqnozun yeniləyəcək».

Ekspert real iqtisadi artıma ehtiyac duyulduğunu vurğulayır: «Qiymətlərin qalxması hesabına nominal ifadədə ÜDM artımı ola bilər. Ancaq gələn il inflyasiya ikirəqəmli olacaq və bu, real ÜDM-də azalmaya gətirib çıxaracaq».

Həmçinin baxın - AzadlıqRadiosu Youtube kanalından izləyin

XS
SM
MD
LG