Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:59

Amerikalı analitik Qərbin susqunluğundan danışır


Arxiv foto
Arxiv foto

-

"İslam təhdidini nəzərə alaraq, bir çox Qərb ölkələri Post-Sovet hökumətlərində müsəlmanların insan haqlarının açıq-aşkar pozulmasına etiraz etməyə elə də meyil göstərmir. Əslində bu başa düşüləndir. Çünki etiraz olarsa, bu həmin ölkələrin daxili siyasətinə qarışmaq sayıla bilər. Amma mənəvi cəhətdən buna haqq qazandırmaq olmaz və nəticəsi pis ola bilər".

Müəllif Paul Goble "Qərbin müsəlmanların insan haqları pozuntusuna susqunluğu esksterimistlərin işinə yarayır" başlıqlı bloq yazısında belə qeyd edir.

Bunu da oxu: Nardaran qarşıdurması (1-ci hissə) - jurnalist araşdırmasının nəticələri

Amerikalı analitik qeyd edir ki, hazırkı durumda Qərbdə kimsə müsəlmanların haqlarından danışsa o, terrorizmi dəstəkləyən biri adlandırılmaq təhlükəsi ilə üzləşə bilər:

"Amma nəinki bu ikili standarlar mənəvi cəhətdən yanlışdır. Həm də, iki səbəbdən siyasi olaraq, bu, qəbul olunmazdır: Bir tərəfdən hakimiyyətlərə öz vətəndaşlarının insan haqlarını "islam esktrimisti" adı altında kobud şəkildə pozmalarına görə tənqidlərlə üzləşməməyə imkan verir. Bu əməlləri "islam esktimistləri ilə mübarizə" adı altında maskalayırlar".


Paul Golbo vurğulayır ki, Qərbin susqunluğu digər tərəfdən də real təhlükəli islam radikallarına əlavə imkanlar yaradır. Belə ki, onlar bundan öz xeyirlərinə istifadə edirlər:

"Onlar Qərbin susuqunluğunu insan haqlarının qorunmasında müsəlmanlara qarşı ayrı seçkilik kimi qələmə verərək, digərlərini də öz sıralarına cəlb edirlər".

Ardı aşağıda...

Bacısı bildirir ki, Nardaran hadisələri zamanı qardaşı namaz üstə olub
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

Müəllif qeyd edir ki, bu cür ittihamlarda faktları ayırd etmək elə də asan deyil. Lakin bu, cəhd etməməyə əsas verə bilməz:

“Nə baş verdiyini anlaya bilmək üçün iki məsələni ayırd etmək lazımdır. İslam esktermistləri ilə mübarizəni, həqiqətən dəstəyə, müdafiəyəyə ehtiyacı olanlardan ayırmaq gərəkir”.

Bunu da oxu: Nardaran qarşıdurması (2-ci hissə) - jurnalist araşdırmasının nəticələri​

Müəllif nümunə kimi Azərbaycandakı durumu göstərir. 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı 17 nəfər tərəfdarı ilə birgə həbs olunan şiə lideri Taleh Bağırovun həbsini qeyd edən Goble vurğulayır ki, kiminsə haqqını pozmaq digər bütün haqlara təhdiddir:

“Müsəlmanların haqlarını pozmaq milli təhlükəsizliyi təhdid altında qoyur, onlar hər zamankindən daha çox diqqətə layiqdir”.

Tale Bağırov
Tale Bağırov

Paul Goble yada salır ki, Tale Bağırov bundan öncə iki dəfə həbs olunub. Ona qarşı narkotik ittihamı irəli sürülsə də əslində o hicab qarşı etiraz aksiyalarına qatıldığına görə həbs olunub. İki il yarım həbsdən sonra 2015-ci ilin iyulunda azadlığa çıxıb. Müsəlman Birliyi Hərəkatının lideridir. Hərəkatın məqsədi qeyri-zorakı dəyişiklik, demokratik dəyərlərin yayılması olsa da hakimiyyət qurumu qeydiyyata almayıb:

“İndi isə bu hərəkatın üzvləri və Tale Bağırovun işi üzrə məhkəmə gedir. İstintaq materialları tam araşdırılmayıb. İnsan haqları qrupu bildirir ki, ittiham tərəfi bir çox müdafiə haqlarından məhrum olublar, heç vəkilləri belə yoxdur. Məhkəmə proseslərindən birində Tale Bağırov ona edilən işgəncələrdən danışıb. Bildirib ki, elektroşok kimi vasitələr ona edilən işgəncələrin qarşısında adi bir şeylərdir. Və o bütün bunlara 3 gün boyunca tab gətirməli olub”.

Məhkəmədə çıxışında Tale Bağırov bildirmişdi ki, ondan Nardaran hadisələrinin arxasında Cəmil Həsənli və Əli Kərimlinin olması ilə bağlı ifadə verməsini istəyiblər.

2015-ci il noyanrın 26-da polisin Bakının Nardaran qəsəbəsində əməliyyatında ikisi polis olmaqla 6 nəfər həlak olub. Rəsmi təbliğat qəsəbədə dini radikal qüvvələrin kök saldığı, Nardaranda və Sabunçu polis idarəsinin qarşısında verən hadisələrə görə 70 nəfərin saxlandığını bildirmişdi. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.
Hazırda Nardaran hadisələrinə görə saxlanan 18 nəfərin məhkəməsi gedir.

"Nardaran hadisələri zamanı üzü maskalı, əli silahlılar..."
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

Nardaran olayı Azadlıq A-live-ın kamerasında
Gözlə

No media source currently available

0:00 0:11:58 0:00

Deputatlar son Nardaran olaylarını müzakirə edir
Gözlə

No media source currently available

0:00 0:04:12 0:00

XS
SM
MD
LG