Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:49

Qazaxıstanda artım, Azərbaycanda azalma


Qubad İbadoğlu
Qubad İbadoğlu

“Böhrana rəğmən Qazaxıstanda 2017-ci ilin birinci yarısında ümumi daxili məhsul (ÜDM) 4,2 faiz, sənaye istehsalı 7,8 faiz artıb. Azərbaycanda isə 6 ayda ÜDM 1,3 faiz, sənaye istehsalı 5,5 faiz kiçilib...”

Qazaxıstan və Azərbaycanda böhran əleyhinə aparılan islahatları müqayisə edən iqtisadçı Qubad İbadoğlu belə yazır.

Qazaxıstanda iqtisadi məzmunlu tədbirdə iştirak edən Q.İbadoğlu deyir ki, Azərbaycanda hökumət nümayəndələri, hələ də ağ yalan danışmağa davam edirlər.

Buna da bax: Nazarbaev xaricdəki qazaxlara 50 illiyə torpaq icarəsi təklif edir

39 yaşlı iqtisadiyyat naziri...

“Böhran yenə də davam edir, il yarımdır ki, ÜDM aşağı düşür, ikirəqəmli inflyasiya "at oynadır". Ancaq Qazaxıstanda böhran əleyhinə aparılan islahatların nəticələri hiss olunur. Milli iqtisadiyyat naziri Timur Süleymanovun verdiyi məlumata görə, 2017-ci ilin birinci yarısında ÜDM 4,2 faiz, sənaye istehsalı 7,8 faiz, tikinti-quraşdırma işlərinin həcmi 5,9 faiz artıb. 6 ay ərzində 7358 sosial ev ehtiyacı olanlara təhvil verilib”.

İki ölkə arasında müqayisə aparan iqtisadçı Azərbaycanda ÜDM-nin 1,3, sənaye istehsalının 5,5, tikinti-quraşdırma işlərinin isə 3,6 faiz azaldığını vurğulayır. O, xüsusi olaraq bildirir ki, Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyinə ABŞ təhsilli 39 yaşlı Timur Süleymanov rəhbərlik edir.

XS
SM
MD
LG