Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 23:04

Trump START silah sazişinin ‘uzadılmasını istəyəcək’


Arxiv fotosu
Arxiv fotosu

ABŞ Prezidenti Donald Trump Rusiyayla Yeni START sazişinin uzadılmasını istəyəcək. Bunu Birləşmiş Ştatların aparıcı rəsmisi deyib. Böyük nüvə silahı razılaşmasının müddəti gələn il bitir.

Açıqlamanı mayın 21-də Milli təhlükəsizlik müşaviri Robert O'Brien verib. Elə həmin gün Trump administrasiyası “Açıq Səmalar” adlı digər təhlükəsizlik sazişindən çıxacağını elan edib.

ABŞ rəsmiləri deyiblər ki, Vaşinqton 35 ölkənin üzv olduğu bu sazişdən Rusiyanın yol verdiyi pozuntular səbəbindən çıxacaq. Saziş üzv ölkələrə bir-birinin ərazisi üzərində sərbəst müşahidə uçuşu hüququ verir.

“Yaxşı niyyətli danışıqlara başlamaq üzrəyik”

Vaşinqtonla Moskvanın 2010-cu ildə imzaladığı Yeni START hər bir ölkənin arsenalındakı hərbi başlıqlar və çatdırılma sistemi üçün limit qoyur. Sazişə yerində təftiş maddələri də daxildir və sənədin tərəfdarları məhz buna görə onu uzatmağı vacib sayırlar.

Tərəflər sazişi daha beş il müddətinə uzatmasalar, müddəti fevralın əvvəlində bitir.

O’Brien “Fox News”a deyib ki, Birləşmiş Ştatlar Yeni START-dan çıxmayacaq.

“Nüvə silahlarına nəzarətlə bağlı Rusiyayla yaxşı niyyətli danışıqlara başlamaq üzrəyik”, – o deyib.

Rusiya sazişin uzadılmasına razılaşsa da, Trump administrasiyası Çinin iştirakıyla yeni sazişin imzalanmasına çağırmışdı.

Nüvə arsenalı Moskva və Vaşinqtonla müqayisədə xeyli kiçik olan Çin belə danışıqlarda iştirakda maraqlı olduğunu bildirib.

“Açıq Səmalar” sazişindən çıxmaqla bağlı açıqlama isə Trump-ın Ağ evinin daha bir böyük sazişdən çıxmasıyla sonuclana bilər. Ötən il Birləşmiş Ştatlar birtərəfli qaydada Rusiyayla Yaxınmənzilli Nüvə Raketləri Sazişindən çıxıb.

XS
SM
MD
LG