Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:37

Navalnının müttəfiqləri Sibirdə parlamentə keçir


Tomskda səsvermə
Tomskda səsvermə

Sentyabrın 14-də ölkə boyunca regional və yerli seçkilərin nəticələri açıqlanır. Seçkidə hakim Vahid Rusiya Partiyası üstünlük qazanıb

Kremlin tənqidçisi Aleksey Navalnının iki müttəfiqi Sibirin Tomsk şəhərində yerli parlamentə keçib. Sentyabrın 14-də ölkə boyunca regional və yerli seçkilərin nəticələri açıqlanır. Seçkidə hakim Vahid Rusiya Partiyası üstünlük qazanıb.

Kseniya FadeyevaAndrey Fateyev Tomskda iki dairədə birinci olublar. Navalnı ötən ay məhz bu şəhərdən Moskvaya uçarkən təyyarədə xəstələnib. Hazırda müalicə aldığı Almaniyada həkimlər onun Noviçok qrupuna aid nadir sinir qazıyla zəhərləndiyini bildirirlər.

Vahid Rusiya çoxluğu qazanır

Ümumilikdə isə Tomskda Vahid Rusiya seçkini qazanıb, 24 faizdən çox səs yığıb. İlkin nəticələr sentyabrın 14-də açıqlanır.

Sibirin Novosibirsk şəhərində Navalnının yerli komandasının rəhbəri Sergey Boykonun şəhər şurasında yer qazandığı xəbər verilir. Seçki sentyabrın 11-13-də keçirilib.

Bu seçki Prezident Vladimir Putini dəstəkləyən vahid partiyadan narazılıq olduğunu görə diqqətlə izlənirdi. Son vaxtlar bir çox rusiyalının həyat şəraiti pisləşib, hökumətin koronavirus pandemiyasını idarə etməsindən narazılıq var.

Navalnı Vahid Rusiyaya zərbə vurmaq üçün “smart” səsvermə strategiyasını təbliğ edirdi, Sibirdə şəhər şuralarına onlarla namizəd irəli sürmüşdü.

Vahid Rusiyanın baş şurasının katibi Alesksey Turçak ekzit poll və ilkin səssaymanın nəticəsinə əsasən sentyabrın 13-də axşam bildirib ki, hakim partiya regional qanunverici orqanların hamısında çoxluğu əldə edəcək, qubernator vəzifələrinə namizədləri də öndə gedir.

Pozuntular

Müstəqil monitorinq qrupu olan “Qolos” 13 sentyabr seçkisində qutulara topa bülleten atılması daxil olmaqla saysız pozuntuların yer aldığını bildirib.

Koronavirus pandemiyasına görə səsverməyə iki gün öncədən icazə verilməsinin də pozuntulara yol açmasıyla bağlı narahatlıq var.

Yeri seçkilər populyarlığı getdikcə azalan hakim partiya üçün vacib sınaq sayılır. Gələn il ölkədə parlament seçkiləri keçirilməlidir.

Ümumilikdə 18 region qubernatoru yerinə də seçki keçirilib. Bundan başqa seçicilər 11 region parlamenti və 22 şəhər şurası üzvlərinə səs veriblər. Dövlət Dumasında boşalmış yerlərə də seçki olub.

Navalnı avqustun 20-də xəstələnib, hazırda Berlində müalicə olunur, onun sovetlərin istehsalı olan sinir qazıyla zəhərləndiyi bildirilir. Tərəfdarları buna görə Kremli ittiham etsələr də rəsmi Moskva iddiaları rədd edib.

Navalnının Antikorrupsiya Fondu Vahid Rusiyanın vəzifədə olan üzvlərinə qalib gəlməyə ən şanslı hesab etdiyi namizədləri dəstəkləyib.

XS
SM
MD
LG