Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 22:43

Asanj ABŞ-a ekstradisiya 'olunmayacaq'


Culian Asanj məhkəmədə, fevral, 2020-ci il
Culian Asanj məhkəmədə, fevral, 2020-ci il

ABŞ-da Asanj casusluqda, kompüter cinayətində ittiham olunur. 2010-cu ildə “Wikileaks”də dərc olunmuş gizli hərbi sənədlər Birləşmiş Ştatların İraqda və Əfqanıstanda yol verdiyi nöqsanları ifşa edib

Britaniyada hakim “WikiLeaks” saytının qurucusu Culian Asanjın ekstradisiyasına dair ABŞ-ın xahişini rədd edib, bu qərarın onun zehni sağlığına “ziyanlı” olacağını bildirib.

Hakim Vanessa Baraytser yanvarın 4-də Asanjın intiharla bağlı fikirlərini dəlil kimi göstərərək deyib ki, “gələcəyi üçün qorxan kişinin ruhdan düşməsi, bəzən də ümidsizliyə qapılması təəssüratı yaranır”.

ABŞ hökuməti qərardan şikayət verəcəyini bildirib.

***

Yanvarın 4-də London məhkəməsi “WikiLeaks” saytının qurucusu Culian Asanjın Birləşmiş Ştatlara təhvil verilməsinin mümkünlüyü haqda qərar verməlidir. ABŞ-da onu gizli hərbi sənədlərin dərcinə görə məhkəmə gözləyir.

Hakim Vanessa Baraytser ABŞ-ın xahişinə müsbət cavab verərsə, Asanjın ekstradisiyası ilə son qərarı Daxili İşlər naziri Priti Patel çıxaracaq.

Ən çoxu 5 il həbs

Ancaq Baraytserin qərarından apelyasiya şikayəti gözlənir və bu, 10 ildir davam edən saqada yeni hüquqi çəkişməyə yol aça bilər. Asanj tərəfdarları bu işi media azadlığı adına qalmaqal sayırlar.

ABŞ-da Asanj casusluqda, kompüter cinayətində ittiham olunur. 2010-cu ildə “Wikileaks”də dərc olunmuş gizli hərbi sənədlər Birləşmiş Ştatların İraqda və Əfqanıstanda yol verdiyi nöqsanları ifşa edib.

Onun vəkilləri 30-40 il həbs cəzası ala biləcəyi desələr də, müstəntiqlər cəzanın ən çoxu beş il həbs olacağını söyləyirlər.

Hazırda 49 yaşı olan Asanj Birləşmiş Ştatların xahişilə Londonda həbs olunub. O, 2012-ci ildə siyasi sığınacaq alaraq sığındığı Ekvador səfirliyindən 2019-cu ilin aprelində çıxarılıb.

İnsan haqları qurumlarının çağırışı

Asanjın vəkilləri ittihamları siyasi motivli adlandırır, mətbuat azadlığını boğacağını, bütün dünyada jurnalistlərə risk yaradacağını deyirlər.

Müdafiə tərəfi onun intihara meyllilik daxil olmaqla böyük zehni sağlıq məsələlərdən əziyyət çəkdiyini, ABŞ-da həbs olunarsa, bunun daha da dərinləşə biləcəyini vurğulayırlar.

“Amnesty International”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar” daxil olmaqla onlarla insan haqları və mətbuat azadlığı təşkilatları mümkün ekstradisiyaya qarşı çıxırlar. Almaniya hökumətinin rəsmisi hakimiyyəti Asanjın fiziki və zehni durumunu nəzərə almağa çağırıb.

“Mümkün ekstradisiyanın insan haqları və humanitar aspektləri gözardı oluna bilməz. Culian Asanj Birləşmiş Ştatlara ekstradisiya olunmazdan öncə onun fiziki və zehni sağlığı nəzərə alınmalıdır”, – İnsan Haqları Komissarı Baerbel Kofler bəyanatında deyib.

ABŞ Prezidenti Donald Trampın onun əfv etməsi ehtimalı da var. Asanjın partnyoru və iki oğlunun anası Stella Moris Trampa müraciət edərək yanvarın 20-də vəzifədən getməzdən öncə onu əfv etməsini istəyib.

XS
SM
MD
LG