Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:36

Demokratlar Trampın zənginin araşdırılmasını istəyir


Donald Tramp
Donald Tramp

Rafensperqer yanvarın 4-də deyib ki, Trampın əsassız iddiaları təkcə demokratik prosesə deyil,  yanvarın 5-də onun ştatında keçiriləcək iki təkrar seçkidə respublikaçıların şanslarına zərbə vura bilər

ABŞ Prezidenti Donald Trampın ötən həftəsonu açıqlanmış telefon zəngi respublikaçıların kəskin reaksiyasına səbəb olub, demokratlar isə araşdırma tələb edirlər. Corciya ştatının dövlət katibinə telefon zəngində prezident ona təzyiq göstərib ki, ştatda seçkinin nəticələrinin ləğvindən ötrü yetərli sayda seçici sayı “tapsın”.

Respublikaçılar Trampı kəskin tənqid edərək telefon zənginin demokratik normalardan kənara çıxdığını deyirlər.

Pensilvaniya ştatından respublikaçı senator Pət Tumi yanvarın 4-də deyib ki, zəng “bu mənasız və məyusedici epizodda aşağıya doğru yeni səviyyədir”.

Yanvarın 2-də Trampın Corciyanın Dövlət katibi Bred Rafensperqer və onun idarəsinin baş müşaviri ilə bir saatlıq telefon söhbəti mediaya sızdırılıb. “The Washington Post” yanvarın 3-də söhbətin mətnini vebsaytında yerləşdirib.

Respublikaçı Rafensperqer deyib ki, zəngi qəbul etməkdən ötrü ona təzyiq olunub, o, belə bir zəngi məqsədəuyğun saymayıb.

“Zəngi qəbul etdik, söhbətimiz oldu. Daha çox o danışdı, biz daha çox qulaq asdıq”, – Rafensperqer söyləyib.

Prezidentin iddiaları

Tramp telefon söhbətində daha çox dezinformasiya və yalanlara toxunur, israrla deyib ki, Corciyada seçkini o udub, Rafensperqer nəticələri dəyişə bilər. Bu ştatda bülletenlər bir neçə dəfə sayılıb və Trampın Demokrat partiyasından Co Baydenə uduzduğu təsdiqlənib.

Tramp Rafensperqerə deyir ki, onun “11,780 seçici səsini tapmasını” istəyir. Bu, Baydenin Corciyada yığdığı səs sayından bir dənə artıqdır. Prezident qarışıq hədələr səsləndirir, Rafensperqerin bunu edə bilməyəcəyi halda “böyük risk”lə üzləşə biləcəyini deyir.

Rafensperqer isə Trampın seçkidə saxtakarlıq bağlı dediklərini rədd edir, prezidentin dəqiq məlumatlara baxmadığını vurğulayır.

Rafensperqer yanvarın 4-də deyib ki, Trampın əsassız iddiaları təkcə demokratik prosesə deyil, yanvarın 5-də onun ştatında keçiriləcək iki təkrar seçkidə respublikaçıların şanslarına zərbə vura bilər.

Onun fikrincə, saxta informasiya inamsızlıq yaradır və “bu, sənin öz bazanla əlaqələrin üçün yaxşı deyil”.

Demokratlardan FTB direktoruna çağırış

Demokratlar bu telefon zənginin qanunu pozduğunu deyirlər.

Konqresmenlər Ted Lyö Ketlin Rays FTB-nin direktoru Kristofer Reyi zəngi araşdırmağa çağırıblar. Onların fikrincə, bu zəng Tramp tərəfindən seçki saxtakarlığını “gün işığına” çıxardı.

“İnanırıq ki, Donald Tramp bir sıra seçki cinayətlərinə can atıb, yaxud onları törətməyi planlaşdırıb. Sizi prezidentlə bağlı cinayət araşdırmasına başlamağa çağırırıq”, – onlar yanvarın 4-də bəyanatlarında deyirlər.

Bayden isə Corciyada təkrar seçkilər qabağı tədbir zamanı sözügedən telefon söhbətinə toxunmayıb. Ancaq Trampın seçkinin nəticələrini dəyişmək cəhdlərindən danışıb.

“Siyasətçilər hakimiyyəti qəsb edə bilməzlər. Hakimiyyəti Amerika xalqı verir və bundan əl çəkə bilmərik”, – Bayden vurğulayıb.

Yanvarın 20-də Baydenin andiçmə mərasimi keçiriləcək.

XS
SM
MD
LG