Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:36

ABŞ və Avropada koronavirus ölümləri 400 mini keçdi


Konqres inaqurasiyadan bir gün əvvəl
Konqres inaqurasiyadan bir gün əvvəl

Birləşmiş Ştatlar və Avropa İttifaqı COVID-19 ölümlərinin sayında hər biri ayrılıqda 400 mini keçiblər.

Bununla belə okeanın hər iki tayında kütləvi vaksinləmə sürət kəsb etməyə başlayıb.

Hazırda koronavirusun yeni ştamlarının yayılması ilə bağlı pandemiyanı qabaqlamaq səyləri edilir.

Kədərli statistika Birləşmiş Ştatlarda yanvarın 20-də Co Baydenin inaqurasiyası ərəfəsində qeydə alınıb.

Bayden bildirib ki, pandemiyanın buxovlanması və vaksinasiya proqramının sürətləndirilməsi onun administrasiyasının gündəliyində əsas məsələ olacaq.

Yeni prezident təkcə ötən ay 100 min koronavirus ölümü qeydə almış ölkənin rəhbərliyinə başlayacaq.

Bu da nəzərə alınmalıdır ki, qış fəsli yoluxucu xəstəliklərin ən təhlükəli miqyas aldığı dövrdür.

2021-ci il yeni səhifə olacaqmı?

Avropa İttifaqında koronavirus ölümlərinin sayı 400 min nəfəri keçib.

Avropa İttifaqının səhiyyə komissarı Stella Kiriakides Avropa Parlamentinə deyib ki, "son 10 ay hər birimiz üçün təsəvvüredilməz dərəcədə çətin olub”.

Lakin ittifaq boyunca başlanmış vaksinasiya proqramına işarə edən komissar həm də deputatlara müəyyən nikbinlik aşılamaq istəyib:

"Amma biz həm də təzə səhifəyə keçmişik və 2021-ci ilə əllərimizdə qüdrətli alətlə daxil olmuşuq”.

Koronavirusun daha yoluxucu yeni növlərinin yayılmasından narahatlığın artdığı bir vaxtda Avropa Komissiyası yeni proqram təqdim etməyə hazırlaşır.

Bu proqramda ittifaqın 446 milyonluq əhalisinin 70 faizinin ilin ortalarınadək peyvəndlənəcəyi vəd edilir.

Bu sənəd Avropa İttifaqı liderlərinin yanvarın 21-də keçiriləcək virtual iclasına təqdim olunacaq.

Lakin nikbinliyə baxmayaraq Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya karantin müddətini uzadıb və qaydaları sərtləşdirib.

Koronavirusa qarşı peyvəndin hansı yan təsirləri ola bilər?
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

Adi maskalarından tibb maskalarına keçid

Kansler Angela Merkel və ölkənin 16 vilayəti karantinin fevralın 14-dək uzadılması barədə razılığa gəliblər.

Bu ölkədə mağazaların əksəriyyəti və məktəblər noyabrdan bəri bağlıdır.

Merkel jurnalistlərə deyib ki, “virsun yayılmasının cilovlanması cəhdləri ciddi təhlükə ilə üzləşib”.

O yada salıb ki, virusun daha yoluxucu növlərinin üzə çıxması Britaniya və İrlandiyada yoluxmaları sıçrayışla artırıb.

Kansler deyib ki, indi mübarizə mutasiya edən virusa qarşı olmalıdır.

Almaniyada tətbiq olunan yeni qaydalara görə adamlar ictimai nəqliyyatda və mağazalarda artıq adi pambıq maskalardan yox, tibb maskalarından istifadə etməli olacaqlar.

Bu qaydalara görə həmçinin şirkətlər mümkün olduğu hallarda əməkdaşlarının martin 15-dək evdən işləməsini təşkil etməlidir.

Brazilyadan Azərbaycanadək

Merkel bəyan edib ki, pandemiyaya üstün gəlinməsi üçün bütün Avropa ölkələri eyni tədbirləri tətbiq etməlidir.

Kansler əlavə edib ki, əks halda Almaniya ölkəyə girişin məhdudlaşdırılması məsələsini nəzərdən keçirə bilər.

Koronavirus statistikası məhdudiyyətlərin infeksiyaların azalmasına təsir etdiyini göstərir, amma yoluxma sürəti hökumətin qoyduğu hədəfdən yuxarıdır.

Almaniyada ötən həftə bir gündə 1244 ölüm qeydə alınıb. Bu, ölkə üçün yeni kədərli rekorddur.

Bu arada Braziliyadan tutmuş Azərbaycanadək dünyanın hər yerində əhalinin vaksinasiyasına başlanıb.

Britaniyada və Fransada bütün yaşlı əhali peyvənd edilir. Rusiyada hamının peyvəndlənməsi planlaşdırılır.

Qazaxıstanın səhiyyə naziri deyib ki, ölkə əhalisinin üçdə biri – yəni 6 milyonu elə bu il peyvənd edilməlidir.

XS
SM
MD
LG