Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:41

Navalnı aclığı dayandıracağını deyir


Moskvada etirazçı, 21 aprel, 2021-ci il
Moskvada etirazçı, 21 aprel, 2021-ci il

Martın 31-dən aclığa başlayan Kremlin tənqidçisi Instagram postunda yazıb ki, səhhəti pisləşir və şəxsi həkimləri tərəfindən müayinə tələbi qüvvədə qalır

Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnı aclığı dayandıracağını deyir. O, həbsxanada müalicəsinə etiraz olaraq 3 həftədən çox aclıq aksiyası keçirib. Artıq iki dəfə mülki həkimlərlə görüşüb.

Martın 31-dən aclığa başlayan Kremlin tənqidçisi Instagram postunda yazıb ki, səhhəti pisləşir və şəxsi həkimləri tərəfindən müayinə tələbi qüvvədə qalır.

“İnandığım həkimlər dünən bəyanat yayaraq bildiriblər ki, siz və mən aclıq aksiyamı dayandırmaqdan ötrü yetərincə mübarizə apardıq”, – o yazıb. Aprelin 22-də müxalifətçinin həkimləri Mediazona vebsaytında bəyanat yerləşdirmişdilər.

44 yaşlı Navalnı deyir ki, 24 gün ərzində o, normal yemək rejiminə qayıdacaq.

Xatırlatma

Navalnı ötən avqustda Sibirdə kimyəvi qazla zəhərlənəndən sonra Almaniyada bir neçə ay müalicə almışdı. Avropada laboratoriyalar müxalifətçinin Noviçok qazından zəhərlənməsi qənaətinə gəlib.O, yanvarın 17-də Almaniyadan qayıdarkən Moskva aeroportunda saxlanıb.

Navalnı zəhərlənməsinin arxasında birbaşa Rusiya Prezidenti Vladimir Putinin dayandığını desə də Kreml bunu təkzib edir.

Fevralda isə Moskvada məhkəmə qərar verdi ki, Navalnı Almaniyada olarkən daha öncə mənimsəmə ittihamıyla təqsirli bilindiyi şərti cəzanın şərtlərini pozub və onu 2 il yarım real həbsə məhkum elədi. Özü və tərəfdarları həmin işi də siyasi motivli sayır.

Birləşmiş Ştatlar və Avropa Birliyi Navalnı işi və etirazçılara təzyiqlərə görə Rusiyaya sanksiyalar tətbiq edib.

Aprelin 21-də Rusiyada Navalnıya azadlıq tələbilə keçirilən etirazlarda 1700-dən çox saxlanan olub.

XS
SM
MD
LG