Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:35

ABŞ-ın verdiyi haubitsalar cəbhə xəttinə yerləşdirilib


Ukrayna əsgərləri
Ukrayna əsgərləri

Ukrayna ABŞ-ın təzəlikcə verdiyi haubitsaların çoxunu cəbhə xəttinə yerləşdirib

Mayın 16-da Ukraynanın şərq hissəsində Rusiyanın hücumları bərpa edəcəyi gözlənir. NATO isə Moskvanın işğalının plan üzrə getmədiyini, Donbası tam tutmağı hədəfləyən əməliyyatın səngidiyini açıqlayıb.

Ukrayna ordusu ölkənin ikinci böyük şəhəri Xarkov ətrafında əkshücumun gücləndiyini bildirib.

“Rusiyanın Donbas hücumunda yeni cəhdlərinə hazırlaşırıq”, – Prezident Volodimir Zelenski mayın 15-də gecə çıxışında deyib.

“İşğalçılar hələ də çıxmaz nöqtəyə gəldiklərini, ‘xüsusi əməliyyat’ın iflasını boyunlarına almırlar”, – o, sözlərinə əlavə edib.

Prezidentin müşaviri Aleksey Arestoviçin sözlərinə görə, Ukraynanın əkshücumundan dolayı Xarkov ətrafından çəkilən Rusiya qüvvələri Donbas istiqamətinə yönəldilir.

“Ukrayna bu müharibəni uda bilər”

Rusiyanın işğalı Ukraynanın sərt müqaviməti, saysız logistika məsələləri ilə üzləşib. Moskvanı ilkin hədəfi Ukraynana tam ələ keçirmək, hökumətini devirmək idi.

Ancaq Rusiya paytaxt Kiyevi tuta bilməyəndən sonra onun ətrafından çəkilməyə, aprelin ortasından Ukraynanın şərqinə fokuslanmağa başlayıb.

Böyük canlı qüvvə və hərbi avadanlıq itkisi vermiş Rusiya Qərbin ağır sanksiyaları altındadır.

“Onlar Kiyevi tuta bilmədilər, Xarkov ətrafından çəkilirlər, Donbasdakı böyük əməliyyat dayanıb. Rusiya strateji hədəflərinə çatmır”, – Stoltenberq söyləyib.

“Ukrayna bu müharibəni uda bilər”, – deyən baş katib Kiyevə hərbi dəstəyi davam etdirməyin vacibliyini vurğulayıb.

Haubitsalar cəbhə xəttinə yerləşdirilib

Ukrayna hərbçiləri isə şimalda irəliləyərək, demək olar, Rusiya ilə sərhədə çatıblar. Bunu isə Daxili işlər nazirliyinin müşaviri Vadim Denisenko söyləyib. Amma mayın 16-da səhər Xarkov şəhərində hava həyəcanı verildiyi bildirilir.

Arestoviç geri çəkilən Rusiya qüvvələrinin şərqi Luhanska göndərildiyini qeyd edib.

“Onların vəzifəsi şərqi Severodonetsk şəhərini tutmaqdır. Nə isə onların xeyrinə getmir”, – o vurğulayıb.

Ukrayna ABŞ-ın təzəlikcə verdiyi haubitsaların çoxunu cəbhə xəttinə yerləşdirib. Vaşinqton nəzərdə tutulmuş 90 artilleriya qurğusunun, demək olar, hamısını çatdırıb. Bu məlumatı isə ABŞ-ın Kiyevdəki səfirliyi açıqlayıb.

NATO, Aİ

Mayın 16-da NATO Estoniyada ən böyük təlimlərindən birinə başlayır. “Kirpi” təlimləri iki həftə çəkəcək. Tədbirlərə 10 ölkədən, o cümlədən ABŞ, Britaniya, alyans üzvü olmayan Finlandiya və İsveçdən 15 min əsgər qatılacaq.

Finlandiya və İsveç NATO-ya üzv olmaq istədiklərini açıqlayıb. Hər iki ölkə mayın 15-də bu haqda rəsmi niyyətini açıqlayıb, bir neçə günə üzvlük üçün müraciət oluna bilər.

Avropa İttifaqının 27 üzvünün xarici işlər nazirləri isə mayın 16-daə bir araya gələrək Ukraynadakı vəziyyəti və Rusiyaya sanksiyaları müzakirə edəcəklər. Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba da toplantıya qatılacaq.

Ukraynada döyüşlər ölkə boyunca davam edir. Mayın 15-də qərbi Lvov şəhərinə, Polşa ilə sərhəd yaxınlığına atılan dörd raketin hərbi infrastrukturu vurduğu bildirilir.

İtkilər haqda məlumat verilməyib. Ukrayna silahlı qüvvələri Lvov vilayəti üzərində iki qanadlı raketin vurulduğunu açıqlayıblar.

Cənubdakı Mikolayev şəhərində mayın 16-da səhər partlayış səsləri eşidilib.

XS
SM
MD
LG