Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:30

Almaniyada qaz həyəcanı


Almaniyada qaz kompressor stansiyası
Almaniyada qaz kompressor stansiyası

Almaniya hökuməti qaz anbarlarını doldurmaq üçün 15 milyard avroluq kredit ayıracaq

Almaniya Rusiyanın qaz təchizatını azaltmasına cavab olaraq üçhissəli fövqəladə planın ikinci mərhələsini işə salıb və Moskvanı “iqtisadi hücum”da ittiham edib.

İyunun 23-də işə salınmış plan qaz təchizatının kəsilməsi, yaxud qaza tələbatın çox yüksək olduğu hallar üçün nəzərdə tutulub. Bununla da Avropanın ən böyük iqtisadiyyatını qazı normayla verməyə bir addım yaxınlaşıb. Amma şirkətlərin enerjinin qalxan qiymətlərini istehlakçılardan istəməsinə icazə verməyib.

60 faiz azalma

Almaniya və Avropanın bir sıra ölkələri Rusiyadan enerji idxalından çox asılıdırlar.

“Qaz hazırda Almaniyada çatışmayan məhsuldur”, – İqtisadiyyat naziri Robert Habek mətbuat konfransında jurnalistlərə deyib.

Baş verənlər “qaz təchizatı vəziyyətində ciddi pisləşmə”ni göstərir, Habek söyləyib.

Rusiyanın Qazprom enerji nəhəngi ötən həftə Almaniyaya Şimal axını kəməri ilə qaz tədarükünü 60 faiz azaldıb, təmir işləri getdiyini deyib.

Almaniya isə bu texniki izahı rədd edib.

Putinin strategiyası

“Baxmayaraq ki, hazırda bazarda qaz tədarük edərək saxlamaq mümkündür, vəziyyət ciddidir və qabaqdan qış gəlir. Özümüzü aldatmamalıyıq: qaz təchizatını kəsmək Putinin iqtisadi hücumudur. Aydındır ki, bu, Putinin təhlükə yaratmaq strategiyasıdır, qiymətləri qaldırmaq, bizi cəmiyyət olaraq parçalamaq”, – Habek vurğulayıb.

Onun sözlərinə görə, qazın normayla verilməyəcəyinə ümid edirlər, ancaq bu istisna da olunmur.

Almaniya hökuməti qaz anbarlarını doldurmaq üçün 15 milyard avroluq kredit ayıracaq.

Hökumət həmçinin böyük şirkətlərin daha az işlətməsinə nail olmaq üçün qazı sənayeyə hərrac yoluyla satacaq.

Gazprom Avropanın bir sıra ölkələrinə, o cümlədən Polşa, Bolqarıstan, Finlandiya və Niderlanda təchizatı artıq dayandırıb.

Fevralın sonunda Ukraynaya hücuma başlayan Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG