Bu ildən Azərbaycanda mikrosahibkarlar üçün 75 faizlik vergi güzəşti ləğv edilir. Qərar muzdlu işçilərinin sayı üçdən az və məcburi dövlət sosial sığorta borcu olan mikrosahibkarlara şamil olunacaq. Onlar bundan sonra gəlirlərinin 5 faizi yox, 20 faizi qədər vergi ödəyəcəklər.