Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:22

Demokratların seçkidə namizədinin kim olacağı hələ dəqiq deyil


ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris Filadelfiya şəhərində Demokratlar Partiyası Milli Komitəsinin görüşündə əl-ələ tuturlar. 2023
ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris Filadelfiya şəhərində Demokratlar Partiyası Milli Komitəsinin görüşündə əl-ələ tuturlar. 2023

ABŞ prezidenti Co Bayden (Joe Biden) özünün vitse-prezidenti Kamala Harrisin Demokratlar Partiyasından prezidentliyə namizəd olmasına dəstək verib, amma bu heç də Harrisin rəsmi namizəd olacağı demək deyil. AzadlıqRadiosunun müxbiri Pit Baumqartner yazır ki, keçmiş prezident Bill Klinton, onun həyat yoldaşı, keçmiş dövlət katibi, 2016-cı ildə demokratların prezidentliyə namizədi olmuş Hillari Klinton iyulun 21-də Harrisə dəstək bildirib. Amma Demokratlar Partiyasının digər aparıcı üzvləri, keçmiş prezident Barak Obama, Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi, senatda çoxluğun lideri Çak Şumer hələ bunu etməyiblər. Bir sıra partiya liderləri 5 noyabr seçkisində keçmiş prezident Donald Trampı məğlub etməyə şansı daha böyük namizədlərin olduğunu deyirlər.

Harris özü Baydenin dəstəyini qəbul edib, "bu nominasiyanı qazanıb seçkini udmaq" niyyətini açıqlayıb. Demokratlar Partiyasının qurultayı avqustun 19-22-də Çikaqoda keçiriləcək.

Bəzi təhlilçilərin fikrincə, Harris və digər mümkün namizədlər arasında mini-praymeriz keçirilməklə namizəd müəyyənləşdiriləcək. Ancaq belə bir praymerizin mexanizmi aydın deyil.

Mini-praymeriz keçirilərsə...

Mini-praymeriz keçirilərsə, demokratların qurultayından öncə qalib müəyyənləşə, sonra qurultayda yekun seçim rəsmi elan edilə bilər. Digərlərinin fikrincə, yaxın günlərdə Harris və digər namizədlər arasında mübarizə başlaya, sonuc yalnız minlərlə nümayəndənin qatılacağı qurultayda müəyyənləşə bilər.

Obama administrasiyasının keçmiş rəsmisi, siyasi konsultant və CNN-in aparıcı siyasi şərhçisi Devid Akselrodun (David Axelrod) sözlərin görə, Demokratlar Partiyasının əsas liderləri Harrisə dəstək bildirməklə vaxt qazanırlar, onlar sual edirlər ki, "noyabrda Donald Trampı kim və necə məğlub edə bilər".

'Baydenin geri çəkilməsi təəccüblü deyil'-ABŞ prezidentinin seçkidən çəkilməsinə şərhlər
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

"CBS News"un son rəy sorğusunda Tramp 52, Bayden 47 səs yığıb. Harris 48, Tramp isə 51 faiz toplayıb. Tramp svinq (tərəddüdlü) ştatlarda da rəy sorğularında irəlidədir.

Amma Baumqartner yazır ki, çoxsaylı namizədlərlə bağlı açıq proses çağırışlarına baxmayaraq, Baydenin yarışdan çəkilməsindən bir neçə saat sonra heç kəs belə bir niyyətini açıqlamayıb.

Corc Vaşinqton Universitetində siyasi elmlər professoru və tarixçi Metyu Dallek (Matthew Dallek) deyir ki, indilik Harris nominant olmağa üstün mövqedədir.

Amma Harrisə mümkün rəqiblər kimi adları çəkilənlər də var. Onlar Miçiqanın 52 yaşlı qubernatoru Qretxen Uitmer (Gretchen Whitmer), Qərbi Virciniyadan 76 yaşlı senator Co Mençin (Joe Manchin), Pensilvaniyanın 51 yaşlı qubernatoru Coş Şapiro (Josh Shapiro), Kaliforniyanın 57 yaşlı qubernatoru Qevin Nyusomdur (Gavin Newsom).

Harrisin vitse-prezidenti kim ola bilər?

Əgər dəstək Harrisin ətrafında cəmləşməkdə davam edərsə, onda vitse-prezidentin kim ola biləcəyi sualı yaranır.

Harrisin vitse-prezidenti elə onun rəqiblərindən biri ola bilər.

Burada yeganə istisna Nyusomdur və o Harrislə eyni ştatdan olduğuna görə qanunla vitse-prezident ola bilməz.

Vitse-prezidentliyə mümkün namizədlər bunlardır:

Pensilvaniya qubernatoru, 51 yaşlı Şapiro da Uitmer kimi tərəddüd edən ştatlardan birinin populyar rəhbəridir. Bayden 2020-ci il seçkisində Pensilvaniyada qalib gəlib.

60 yaşlı Arizona senatoru Mark Kelli demokratların seçki qələbəsi üçün mühüm olan ştatdandır. Bayden Arizonada da qalib gəlmişdi, amma son rəy sorğuları onun Trampdan geri qaldığını göstərir. Mark Kelli keçmiş millət vəkili, 2011-ci ildə sui-qəsd nəticəsində ağır zədə almış Gebbi Giffordun əridir.

Kentukki qubernatoru Endi Beshir respublikaçıların güclü olduqları ştatın populyar demokrat rəhbəridir. O hətta Harrisin mümkün rəqibi sayılırdı, lakin iyulun 22-də onun prezidentliyə namizədliyini qəbul edib.

Şimali Karolinanın qubernatoru, 67 yaşlı Roy Kuper də tərəddüd edən ştatlardan birinə başçılıq edir.

XS
SM
MD
LG