Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 19:33
Ermənistan-Azərbaycan sərhədi
Ermənistan-Azərbaycan sərhədi

Azərbaycan Şuşa ətrafında mövqelərinin vurulduğunu deyir

Son vaxtlar Azərbaycan-Ermənistan sərhədində gərginlik və atışmalar müşahidə olunur. Bütün atəşkəs pozuntusunda tərəflər bir-birini ittiham edir. Ermənistan iddia edir ki, Azərbaycanı sərhədlərini pozub müəyyən ərazilərini tutub. Azərbaycan isə öz növbəsində bildirir ki, sadəcə, 30 il ərzində işğal altında olan ərazilərinə qayıtmaqla Ermənistan sərhədinə çıxıb.

Azərbaycanın Dağlıq Qarabağda dronları işə saldığı deyilir

Bu gün – avqustun 11-də Azərbaycanın Dağlıq Qarabağda hərbi mövqelərə dronlarla hücum etdiyi bildirilir. Məlumatı AzadlıqRadiosunun Ermənistan xidməti ərazidəki separatçıların "müdafiə nazirliyi"nə əsasən yayıb.

Erməni tərəfdən itki olmadığı deyilir.

Məlumata görə, insidentlər əlaqədar Rusiya sülhməramlı kontingentinə müvafiq informasiya və faktlar təqdim olunub.

Üç erməni sapyoru yaralanıb

Avqustun 11-də "Minalardan təmizləmə humanitar fondu"nun minatəmizləyənləri Dağlıq Qarabağın Xocavənd (Martuni) rayonu ərazisində mühəndis-axtarış işləri zamanı yaralanıblar. "Azatutyun" insidentin kaset bombasının partlaması nəticəsində baş verdiyini yazır.

Xəsarət alanlardan ikisinin vəziyyətinin qənaətbəxş, birinin sabit ağır olduğu bildirilir.

Azərbaycan Naxçıvan və Gədəbəydə mövqelərinin vurulduğunu deyir

Azərbaycan Müdafiə Nazirliyi ( MN) bildirir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub.

Bununla bağlı nazirlik avqustun 11-i gecə saatlarında məlumat yayıb.

Məlumata görə, avqustun 11-i saat 16:20-dən 21:05-dək Ermənistan silahlı qüvvələri mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Qalakənd və Zamanlı yaşayış məntəqələri istiqamətində Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan, o cümlədən snayperlərlə atəşə tutub. "Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur", - məlumatda qeyd edilir.

Nazirlik habelə vurğulayıb ki, qarşı tərəfə cavab verilib.

Davamı

XS
SM
MD
LG