Cəlilabadda, Göyçayda, Qubada və Azərbaycanın digər bölgələrindən olan fermerlər çəkdikləri xərcin, əziyyətin gözləri qarşısında məhv olub getdiyini deyirlər. Heç bir addım da ata bilmirlər. Hələlik, Azərbaycan hökumətinin yuxarı dairələrindən bu problemlə bağlı açıqlama verən olmayıb.