Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:58

‘Azərbaycanda 200-dən çox siyasi məhbus var’ - hüquq müdafiəçiləri


Bəxtiyar Hacıyevin azad olunmasını tələb edən aksiya (Arxiv fotosu)
Bəxtiyar Hacıyevin azad olunmasını tələb edən aksiya (Arxiv fotosu)

İyulun 31-də "Azərbaycan siyasi məhbuslarına azadlıq" İttifaqı 204 nəfər siyasi məhbus saydığı şəxsin daxil olduğu yenilənmiş siyahı dərc edib.

Təşkilatın siyasi məhbus saydıqları şəxslərlə bağlı əvvəlki siyahısı aprelin 20-də açıqlanıb və orada 182 nəfər yer alıb.

Əvvəlki siyahıdan 12 nəfər çıxarılıb. Bunlar prezidentin mayın 8-də imzaladığı əfv sərəncamına düşüb və ya cəza müddəti bitdikdən sonra azadlığa çıxanlardır. Eyni zamanda siyahıya 34 yeni ad əlavə olunub.

Yenilərin arasında bu yaxınlarda saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə... satmada ittiham edilərək həbs olunan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu da var. Siyahıda yer alan yeni simaların əksəriyyəti aprel-iyul aylarında narkotik alveri ittihamı ilə həbs edilən dindar kəsimdən sayılan insanlardır. Siyahıda həmin kəsimdən sayılan insanların ümumilikdə sayı 147 nəfərə çatıb.

204 nəfərlik siyahı ümümilikdə isə 7 qrupa bölünür.

Onlardan biri də “jurnalist və bloger” qrupudur. Bu qrupda 5 nəfər var.

Nöbbəti qruplar “Müxalif partiya və hərəkatların üzvləri” (7), “Almaniyadan deportasiya edilən mühacirlər”(5) və 2017-ci ildə baş verən " Tərtər işi" (həmin vaxt bir qrup hərbçi dövlətə xəyanətdə ittiham edildi. Sonradan onları müdafiə edən bəzi şəxslər də müxtəlif ittihamlarla həbs edildilər) üzrə (7) tutulanlardır.

Vahid siyahı yoxdur

Qalan iki qrupda isə 2018-ci ildə Gəncə olayları (həmin vaxt icra başçısına sui-qəsd cəhdi olmuş, sonrakı hadisələrdə 2 polis əməkdaşı qətlə yetirilmişdi. Lakin həbs edilənlərin bəziləri heç bir cinayətdə iştirak etmədiklərini deyirlər - red) zamanı həbs edilənlər (22) və 11 ömürlük məhbus yer alır. Onların bəziləri keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri olub.

2018-ci ilin noyabr ayından "Azərbaycan siyasi məhbuslarına azadlıq" İttifaqının siyahısını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərtib edir.

Amma Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı vahid siyahı yoxdur. Üstəlik, Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alanlar sırf törətdikləri əmələ görə, məsuliyyətə cəlb edilənlərdir.

Rəsmilərdən bu sonuncu siyahıya isə ayrılıqda münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG