Vəkil: "Son söz institutunu da inkar edirlər"
Vəkil Xalid Bağırov Xədicə İsmayılın son sözünün yarımçıq kəsilməsinə münasibət bildirib. O deyib ki, təqsirləndirilən şəxs son söz söylərkən bütün vasitələr keçərlidir. “O bütün vasitələrədn istifadə edib hakim qarşısında özünə bəraət qazandıra bilər. Görünən budur ki, məhkəmə son söz institutunu belə inkar edir, işin mahiyyətindən danışmağı belə yaxına qoymur”.
Xədicə İsmayılın son sözü
Xədicə İsmayıl məhkəmədə son sözünü deməli idi, ancaq imkan vermədilər. Onun son sözünün mətni belə idi: "...Prokurorluğun hansı dərəcədə çarəsiz olduğunu özüm üçün qətiləşdirməkdən ötrü bir oyun oynadım. Prokurorluğa yanlış bir pas atdım. Tural Mustafayevlə dostluğumuzun (bəli, bizim zərərçəkənlə münasibətlərimizin başqa adı və forması olmayıb) onun Cəmil Həsənlinin Sabirabad mitinqində döyülməsindən sonra hüquqlarını tələb etməsini müzakirəmizlə başladığını dedim. Prokuror da həmin tarixi ittiham nitqinə salaraq, guya detallı araşdırma aparıb. Hansısa faktı üzə çıxardığını göstərmək istədi."
Məhkəmə önündə də oyun gedir
Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında və içərisində yaşananlar. Hamıdan kənarda duran bir ahıl qadın deyir: “Mən oğluma analıq etmədim, yaxşı tərbiyə verə bilmədim. Yaxşı valideyn olsaydım, indi uşağım dörd divar arasında deyildi, - bu çayxanada oturub dostlarıyla daş-daş oynayardı...”.
Xədicə İsmayıl son sözünü deyəcək
Avqustun 31-də AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı-jurnalist Xədicə İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsində son sözlə çıxış edəcək.