Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:49

AzadlıqLive- "Mr.Bean" 25 yaşında (video)

Azərbaycanda və dünyada baş verən xəbərlər

-

Azərbaycanda və dünyada baş verən xəbərlər

14:33 31.8.2015

Beynəlxalq Bankın İdarə Heyətinin sədri: «Kreditlərin faiz dərəcələri aşağı salınacaq»

Bu il iyulun 22-də «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin İdarə Heyəti yenidən formalaşdırılıb. Qalmaqallı kreditlərə görə mətbuatın gündəmindən düşməyən bankın bundan sonraya planları, strateji hədəfləri nədir?

Elmar Məmmədov
Elmar Məmmədov

Beynəlxalq Bankın İdarə Heyətinin sədri Elmar Məmmədovun apa-ya müsahibəsini ixtisarla veririk

14:39 31.8.2015

Xədicə İsmayıl son sözünü deyəcək

Avqustun 31-də AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı-jurnalist Xədicə İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsində son sözlə çıxış edəcək.

14:42 31.8.2015

Məhkəmə önündə də oyun gedir

Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında və içərisində yaşananlar. Hamıdan kənarda duran bir ahıl qadın deyir: “Mən oğluma analıq etmədim, yaxşı tərbiyə verə bilmədim. Yaxşı valideyn olsaydım, indi uşağım dörd divar arasında deyildi, - bu çayxanada oturub dostlarıyla daş-daş oynayardı...”.

Məhkəmənin qabağındakı çayxanada
Məhkəmənin qabağındakı çayxanada

14:49 31.8.2015

Xədicə İsmayılın son sözü

Xədicə İsmayıl məhkəmədə son sözünü deməli idi, ancaq imkan vermədilər. Onun son sözünün mətni belə idi: "...Prokurorluğun hansı dərəcədə çarəsiz olduğunu özüm üçün qətiləşdirməkdən ötrü bir oyun oynadım. Prokurorluğa yanlış bir pas atdım. Tural Mustafayevlə dostluğumuzun (bəli, bizim zərərçəkənlə münasibətlərimizin başqa adı və forması olmayıb) onun Cəmil Həsənlinin Sabirabad mitinqində döyülməsindən sonra hüquqlarını tələb etməsini müzakirəmizlə başladığını dedim. Prokuror da həmin tarixi ittiham nitqinə salaraq, guya detallı araşdırma aparıb. Hansısa faktı üzə çıxardığını göstərmək istədi."

Davamı

XS
SM
MD
LG