Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:21

Müstəqillik illərindən geriyə - '28 aprel'ə baxış [video]


Tomas Qolts: "Azərbaycan parlamentində timsahlar var"
Gözlə

No media source currently available

0:00 0:14:32 0:00

Tomas Qolts: "Azərbaycan parlamentində timsahlar var" [A-Live]

97 il əvvəl, bu gün, aprelin 28-də bolşevik Rusiyası Azərbaycanı işğal etdi. Milli demokratik respublikanın yerində Sovet rejimi qurdu.

70 ildən sonra Azərbaycan yenə müstəqilliyi elan etdi – Sovet sistemindən fərqli bir sistem – azad sözlü, azad bazarlı, sərbəst insanlar ölkəsi qurmaq iddiası ilə yola çıxdı.

Bu yolu neçə addım gələ bildi Azərbaycan? İndi haradadır?

Buna da bax:​ Azərbaycanda Sovet hakimiyyətinin qurulması mütərəqqi hadisə idimi?

Amerikalı jurnalist Tomas Golts Azərbaycana 1991-ci ilin yayında, Azərbaycan müstəqilliyini elan etməmişdən bir neçə ay əvvəl gəlmişdi. 1998-ci ildə o, “Azərbaycan gündəliyi” kitabını dərc edir.

Tomas Golts AzadlıqRadiosu-na müsahibəsində deyir ki, müstəqillik elan olunandan sonra da Azərbaycan çox dəyişə bilmədi.

“Parlamentdə yenə də kommunizm dövründən qalanlar üstünlük təşkil etdilər. Bu qrupu “dinozavr” yox, “timsah” adlandırardım. O vaxtdan 25 ildən çox vaxt keçib, amma onlar hələ də parlamentdədirlər”.

Tomas Golts deyir ki, Azərbaycanda demokratiyanı əngəlləyən bir səbəb Qarabağ müharibəsi oldu.

Buna da bax: İlham Əliyev: 'O vaxt biz çar Rusiyasının tərkibində idik...'

O əlavə edir ki, Heydər Əliyevin qayıdışı geniş mənada demokratiya ilə nəticələnmədi. “İllər boyu prezident, parlament seçkiləri, referendum keçirildi, amma bu seçkilər çox vaxt beynəlxalq müşahidəçilərin tənqidinə tuş gəldi”.

Tarixçi-alim, müxalif REAL hərəkatının idarə heyətinin üzvü Altay Göyüşov də hesab edir ki, Azərbaycan Sovet irsinin yaxşı nəyi var idisə, onu itirdi, pis ənənələrini saxladı:

Altay Göyüşov, tarixçi-alim
Altay Göyüşov, tarixçi-alim

“Sovet dövründə seçki yox idi, indi də seçki yoxdur, Sovet dövründə parlament yox idi, indi də yoxdur, o vaxt da birpartiyalı sistem idi, bu gün də faktiki olaraq, birpartiyalı sistemə tədricən keçid həyata keçirilir. O dövrdə Kommunist Partiyası idi, indi Yeni Azərbaycan Partiyası. Başqa ictimai sahələrdə də vəziyyət eyni cürdür. Məsələn, Sovet elmi sistemi olduğu kimi köçürülüb indiki dövrə”.

Buna da bax:​ 'İlham Əliyevin sultan elan olunacağı günü ağla gətirmək...'

Hakim Yeni Azərbaycan Partiyasının üzvü, Elmlər Akademiyası Tarix İnstitunun direktor müavini Cəbi Bəhrəmov isə deyilənlərlə razılaşmır, deyir ki, Sovet irsindən Azərbaycanda geriyə heç nə qalmayıb:

“Bizim ən böyük xoşbəxtliyimiz odur ki, həmin sistemdən tamamilə azad olmuşuq. Biz müasir dünyanın ən mütərəqqi qanunlarını hazırlayıb və dünya təcrübəsini öyrənib, demokratik ruhlu, mükəmməl bir Konstitusiya qəbul etmişik və ona zamanın tələbinə uyğun olaraq bir neçə dəfə də dəyişiklik etmişik”.

Hərçənd, tənqidçilər Konstitusiya dəyişiklərinin, məsələn, prezident olmaq üçün yaş limitin götürülməsini, şəxsə limitsiz sayda prezident seçilməyə imkan verilməsini avtoritarizmə xas xüsusiyyət sayırlar.

Buna da bax:​ S. Baycan: 'Niyə Sovet İmperiyasının çöküşü ədəbiyyatımızda əks olunmadı?'

Qubad İbadoğlu
Qubad İbadoğlu

Bəs Azərbaycanın iqtisadi sistemi bu illər ərzində hədəfinə çata bildimi? İqtisadçı alim Qubad İbadoğlu deyir ki, ölkədə Sovet dövründə olduğu kimi dövlətin iqtisadiyyata müdaxiləsi qalır. Amma durum Sovet dövründən daha pisdir:

“Sovet dövründən formal olsa da institutlar var idi, proseslərdə iştirak edirdi. İndi isə dövlət iqtisadiyyata müdaxilə edir, dövlətin həyata keçirdiyi proqramlar var, amma burada heç bir ictimai iştirakçılıq yoxdur, burda ictimai nəzarət yoxdur”.

Buna da bax: Azərbaycanın demokratiya balı bir az da düşüb

Qubad İbadoğlu deyir ki, hələ də Sovet dövründə olduğu kimi kənd təsərrüfatında “pripiska”lar qalır, bu sahədə dövlət sifarişləri artır. Qubad İbadoğlu əlavə edir ki, bununla belə Sovet hökumətinin olduğu kimi qalması mümkün deyildi və qalmayıb da- Azərbaycanda müəyyən azadlıqlar, məsələn, ən azı hərəkət azadlığı təmin olunub-istəyən, xaricə gedə bilir.

Buna da bax:

Sovet dövrünün hansı pis mirası qalır?
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

XS
SM
MD
LG