Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:03

Azərbaycan: "Erməni dronu xüsusi üsulla endirilib"

Aprelin 2-nə keçən gecə Azərbaycan-Ermənistan ordularının təmas xəttində yaranan gərginlik hələ də davam edir. Həm Ermənistan, həm də Azərbaycan tərəfdən çox sayda itki var.

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

14:16 2.4.2016

Atəşkəsi artilleriya zərbələri pozur

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqeləri iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub.

Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də davamlı atəşə məruz qalıb.

Məlumatda qeyd edilir ki, Azərbaycan silahlı qüvvələri də qarşı tərəfə cavab verib.

Nazirliyin bildirməsinə görə, cəbhənin ən gərgin yerləri Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətləridir.

Müdafiə Nazirliyi cəbhədə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə Ermənistan mətbuatında yayılan məlumatları da təkzib edir.

14:17 2.4.2016

Tərtərin Qapanlı kəndində son vəziyyət (02.04.2016). Video: YouTube

14:17 2.4.2016

Cəbhədən qara xəbər...

Cəbhədə atəşkəsin pozulması nəticəsində bir nəfər sakinin həlak olduğu, birinin isə yaralandığı bildirilir.

APA-nın Qarabağ bürosunun məlumatına görə, Tərtərin Qarağacı kəndində məskunlaşmış məcburi köçkün Cəlal Rəhimovun yaşadığı evə mərmi düşüb. C.Rəhimovun həlak olduğu, onun oğlu Orxan Rəhimovun isə ayaqlarını itirdiyi deyilir.

14:20 2.4.2016

XİN Ermənistanı günahlandırır

XİN
XİN

«Ermənistanın mülki obyektləri artilleriya atəşinə tutmasını beynəlxalq ictimaiyyət kəskin qınamalıdır».

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, aprelin 2-nə keçən gecə Ermənistan ağır silahlardan istifadə etməklə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutub. «Cəbhə xəttinə yaxın ərazilərdə mülki əhalinin sıx yaşadığı məntəqələr də Ermənistan Silahlı Qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb»,-deyə o bildirib.

Onun deməsinə görə, mülkü şəxslər arasında ölən və yaralananların olması ilə bağlı xəbərlər var: «Mülki şəxslər arasında ölən və yaralananlar, şəxsi mülkiyyətə ciddi zərər dəyməsi haqqında məlumatlar var. Beynəlxalq humanitar hüquqa uyğun olaraq, Ermənistan tərəfindən mülki obyektlərin artilleriya atəşinə tutulması beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanılmalıdır». Davamı

Davamı

XS
SM
MD
LG